Rüstəm Kamal (Rüstəm Kamal oğlu Rəsulov; 2 iyul 1962, Rustavi) — ədəbiyyatşünas və esseist, filologiya elmləri doktoru, professor.
Rüstəm Kamal | |
---|---|
Rüstəm Kamal oğlu Rəsulov | |
Doğum tarixi | 2 iyul 1962(1962-07-02) (62 yaş) |
Doğum yeri | |
Elm sahəsi | filologiya |
Elmi dərəcələri | filologiya elmləri doktoru, professor |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
Rüstəm Kamal 2 iyul 1962-ci ildə anadan olub. 1979-cu ildə Qazax rayonu, İkinci Şıxlı kənd orta məktəbində təhsil almışdır. İ. Kant adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini, aspirantura və doktoranturanı bitirib. Azərbaycan və rus ədəbiyyatı ilə bağlı araşdırmalar aparır. Filologiya elmləri doktorudur. Azərbaycanın ali məktəblərində (BDU-nun Şəki filialı, MDU, BSU, ADNSU) müxtəlif vəzifələrdə (kafedra müdiri, elmi -tədqiqat laboratoriyasının müdiri, dekan) çalışıb. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2018–2022-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının sədr müavini.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü.
Azərbaycan Aşıqlar Birliyinin üzvü.