. Love.az

Rustem Kazakov - Wikipedia - Love.az

Ana Səhifə - Rustem Kazakov

Rüstəm Kazakov Abdulla oğlu (krımtat. Rustem Abdulla oğlu Kazakov, Рустем Абдулла огълу Казаков, rus. Русте́м Абдулла́евич Казако́в; 2 yanvar 1947, Daşkənd) — klassik növ Sovet güləşçisi, olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1969), SSRİ-nin əməkdar məşqçisi, olimpiya çempionu olmuş ilk krım tatarı.

Rüstəm Kazakov
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  SSRİ
  •  Rusiya
Doğum tarixi 2 yanvar 1947(1947-01-02) (78 yaş)
Doğum yeri
  • Daşkənd, Özbəkistan SSR, SSRİ
Boyu 160 sm
Çəkisi 57 kq
İdman növü Yunan-Roma güləşi
Karyera illəri 1959—1975
Məşqçisi Refat Ablayev
Komandası Dinamo, SKA, MOİK
Medallar
Olimpiya Oyunları
Qızıl 1972 Münhen 57 kq qədər
Dünya çempionatı
Qızıl 1969 Mar del Plata 57 kq qədər
Qızıl 1969 Sofiya 57 kq qədər
Gümüş 1973 Tehran 57 kq qədər
Bürünc 1970 Edmonton 57 kq qədər
Avropa çempionatı
Bürünc 1967 Minsk 57 kq qədər

Həyatı

redaktə

Rüstem Kazakov 1947-ci ildə Daşkənddə Krım tatarları ailəsində anadan olmuşdur.[1] 1959-cu ildə güləşə başladı, 1963-cü ildə Özbəkistan çempionatını, 1963-cü ildə və 1964-cü ildə gənclər arasında SSRİ çempionatını qazandı.[1][2] 1965-ci ildə Bolqarıstanda karyerasında ilk beynəlxalq turniri qazandı, amma artıq böyüklər arasında. 1967-ci ildə Buxarestdə keçirilən Dünya Çempionatında yeddinci yeri tutdu.

1968-ci ildə Mexiko şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün olimpiya komandasına daxil edildi, ancaq məşqdə aldığı zədə səbəbiylə yarışa bilmədi.[2][3]

Münxendə keçirilən 1972 Yay Olimpiya Oyunlarında 57 kiloqram (yüngül çəki) çəki dərəcəsində mübarizə apardı. Aşağıdaki döyüşlərdə iştirak etmişdir:

  • ilk turda hakimin qərarı ilə Alam Mir (Əfqanıstan) üzərində qələbə çaldı
  • ikinci turda Xristo Traykova məğlub oldu
  • üçüncü turun 9-cu dəqiqəsində tuşe ilə Yuzef Lipenə (Polşa) qalib gəldi
  • dördüncü turun 5-ci dəqiqəsində tuşe ilə Oton Moskidisə (Yunanıstan) qalib gəldi
  • beşinci turda hakimin qərarı ilə İkui Yamamotonu (Yaponiya) məğlubiyyətə uğratdı
  • altıncı turda iştirak etmədi
  • yeddinci turda hakimin qərarı ilə Yanoş Varqaya (Macarıstan) qalib gəldi
  • final qarşılaşmasının üçüncü dəqiqəsində tuşe ilə Hans-Yürgen Veylə qalib gəldi və Olimpiya Oyunlarının çempionu oldu[4]

1963–1967-ci ildə "Dinamo" (Daşkənd) klubunda çıxış edirdi, 1968–1975-ci illərdə "Silahlı Qüvvələr" (Daşkənd) klubunun üzvü oldu, 1875-ci ildən isə "Silahlı Qüvvələr" (Moskva) klubuna keçdi. İki qat dünya çempionu (1969, 1971), dünya çempionatının gümüş mükafatçısı (1973), dünya çempionatının bürünc mükafatçısı (1970), Avropa çempionatının bürünc mükafatçısı (1967), 1971-ci il SSRİ çempionu.

1975-ci ildə idman karyerasını bitirdikdən sonra məşqçiliyə başladı, MOİK-də çalışdı, SSRİ və Rusiya milli komandalarının məşqçilər heyətinin üzvü olmuşdur.

1972-ci ildə Özbəkistan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Elə həmin ildə "Şərəf nişanı" ordeni kavalerinə layiq görülüb. 1975-ci ildən bəri Sovet İttifaqı Kommunist Partiyası üzvüdür.

Moskvada yaşayıb, 1989-cu ildə təqaüdə çıxdı, Perevalnoye (Krım) köçmüşdür və hazırda da orada qalır. Krım Milli Kureş Federasiyasının prezidentidir.[5]

Krımda Olimpiya çempionu Rüstəm Kazakovun mükafatları uğrunda beynəlxalq yunan-Roma güləşi turniri keçirilir.

Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmişdir. 2014-cü ildə Ümümrusiya Xalq Cəbhəsinin Krım Respublikasındakı regional qərargahının sədri seçildi. 2018-ci ildə Rusiya Federasiyasında keçirilən prezident seçkilərində Vladimir Putinin etibarlı şəxsləri siyahısına daxil edildi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Olympedia – Rustem Kazakov". www.olympedia.org. İstifadə tarixi: 2025-04-10.
  2. ↑ 1 2 "«1K» :: Новости Украины и Крыма N 185 :: ЖИЗНЬ :: Слово «покой» не существует для Рустема Казакова". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-27.
  3. ↑ "Рустем Казаков: В жизни за все надо бороться до победного конца! | Милли Фирка. Крымские татары. Крым". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  4. ↑ "Rustam Kazakov Biography and Olympic Results | Olympics at Sports-Reference.com". 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-27.
  5. ↑ "Национальный вид спорта — это и культура, и даже политика, — Р.Ильясов | Новости | Къырым алеми". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.

Xarici keçidlər

redaktə
  • Rüstəm Kazakov — International Wrestling Database saytında profil (ing.)
  • Rüstəm Kazakov — Sports-Reference.com saytında profil (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rüstəm_Kazakov&oldid=8096639"
LOVE.AZ