. Love.az

Rustembeyovlar Mugan - Wikipedia - Love.az

Ana Səhifə - Rustembeyovlar Mugan

Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Rüstəmbəyovlar
Titul Bəy
Əcdadı Rüstəm bəy
Mənşəyi Muğan, Salyan
Təbəəliyi Quba xanlığı,
Şirvan xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Marışlı

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Qalereya
  • 4 Mənbə
  • 5 Həmçinin bax

Soyun yaranması

redaktə

Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı.

Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.

Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.

Soyun məşhur nümayəndələri

redaktə
  • Fətulla bəy Rüstəmbəyov (d. 1867 - ö. 1946) — məşhur Azərbaycan neft sənayesi təşkilatçısı.
  • Baxış bəy Rüstəmbəyov (d. 1870 - ö. 1945) — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü.
  • Şahbaz bəy Rüstəmbəyov — dağ-mədən mühəndisi.
  • Əsəd bəy Rüstəmbəyov (d. 1911 - ö. 1982) — dağ-mədən mühəndisi.
  • Aliyə Rüstəmbəyova (d. 1907 - ö. 1942) — həkim, partizan.
  • Tofiq Rüstəmbəyov — Dağ-mədən mühəndisi, SSRİ-nin fəxri neftçisi, RSFSR-in əməkdar neft və qaz sənayesi işçisi.
  • Pərviz Rüstəmbəyov (d. 1922 - ö. 1949) — saksafonçu, cazmen.
  • Ceyhun Rüstəmbəyli — rəssam.

Qalereya

redaktə
  • Ailə arxivindən
  •  
    Fətulla bəy Rüstəmbəyov
  •  
    Baxış bəy Rüstəmbəyov
  •  
    Şahbaz bəy Rüstəmbəyov
  •  
    Əsəd bəy Rüstəmbəyov
  •  
    Aliyə Rüstəmbəyova
  •  
    Pərviz Rüstəmbəyov

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Rüstəmbəyovlar: Salyanlı, yoxsa Şuşalı?, "Soy" еlmi-kütləvi dərgi, 2010, №6, səh.27-33

Həmçinin bax

redaktə
  • Muğan
  • Salyan mahalı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rüstəmbəyovlar_(Muğan)&oldid=8121186"
LOVE.AZ