Rəşad İsmayılov (Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018–2022). Azərbaycan Respublikası Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi (2023), Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri (2024).[1]
Rəşad İsmayılov | |
---|---|
Rəşad Fail oğlu İsmayılov | |
Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri | |
Vəzifədədir | |
6 iyun 2024-cü ildən | |
Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri | |
7 fevral 2018 – 28 dekabr 2022 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 iyun 1974(1974-06-07) (50 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
|
|
Təltifləri |
![]() |
Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M. Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.
Rəşad İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.
Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (7 fevral 2018 – 28 dekabr 2022)[2][3].
6 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[4]
Evlidir, iki övladı var