Rəşid Paşayeviç Əsgərxanov (13 noyabr 1920, Dağıstan vilayəti – 1987, Mahaçqala) — məşhur cərrah-kardioloq, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü (1974), Azərbaycan və Bolqarıstan cərrahiyyə cəmiyyətlərinin fəxri üzvü. Millətinə görə qumuqdur.
Rəşid Əsgərxanov | |
---|---|
rus. Асгерханланы Рашид Пашаны уланы | |
Doğum tarixi | 13 noyabr 1920(1920-11-13) |
Doğum yeri | Sultan-Yəngiyurt, Dağıstan vilayəti, Rusiya İmperiyası |
Vəfat tarixi | 1987 |
Vəfat yeri | |
Elm sahəsi | cərrahiyyə |
Elmi dərəcəsi | |
Elmi adı | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
Dağıstan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Böyük Sovet Ensiklopediyasının ürək cərrahiyyəsi şöbəsində redaktor işləmişdir. 400-dən çox elmi məqalənin və 12 ayrı kitabın müəllifidir. 1958-ci ildə Dağıstanda malformasiyaya görə ilk ürək əməliyyatını etdi. İkinci Dünya Müharibəsinin iştirakçısıdır. 3 may 1987-ci ildə sağalmaz xəstəlikdən öldü.