. Love.az

Refiye Sultan Sultan Ebdulmecidin Qizi - Wikipedia - Love.az

Ana Səhifə - Refiye Sultan Sultan Ebdulmecidin Qizi

Rəfiyə Sultan (1842[1], İstanbul – 1880[1], İstanbul) — 31. Osmanlı padşahı Əbdülməcidin qızıdır.

Rəfiyə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1842[1]
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 1880[1]
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Yeni Məscid
Atası I Əbdülməcid
Anası Gülcamal Qadın Əfəndi
Həyat yoldaşı
  • Əthəm Mahmud Paşa
Ailəsi Osmanlı xanədanı

Həyatı

redaktə

Rəfiyə Sultan 1842-ci ildə Beşiktaşdakı sarayda dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal xanımdır. 1851-ci ildə anasının vəfatının ardından atasının digər xanımı Sərvətsəza xanımın himayəsinə verildi. Sarayda mükəmməl təhsil aldı. Kamança və piano dərsləri ilə yanaşı, ərəb və fransız dilləri üzrə də dərslər aldı. 1854-cü ildə Rəfiyə Sultan bibisi Adilə Sultanın ögey oğlu Əthəm Mahmud Paşa ilə nişanlandı. Toy mərasimi isə 21 iyul 1857-ci ildə Topqapı sarayında baş tutdu və cütlüyə Üsküdarda bir saray təsis edildi.

Ancaq Rəfiyə Sultanın yumurtalıqlarında şiş var idi və bir neçə dəfə əməliyyat olunmuşdu. Bu əməliyyatların birində 1880-ci ildə vəfat etdi və Yeni məsciddə dəfn olundu.

Mənbə

redaktə
  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 447–50
  1. ↑ 1 2 3 4 Refia Sultan // Faceted Application of Subject Terminology.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəfiyə_Sultan_(Sultan_Əbdülməcidin_qızı)&oldid=7976401"
LOVE.AZ