Rəhim Xəlil oğlu Qocayev (10 avqust 1979, Şəki, Azərbaycan SSR) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2018).
Rəhim Qocayev | |
---|---|
Rəhim Xəlil oğlu Qocayev | |
![]() | |
Doğum tarixi | (45 yaş) |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | Aktyor |
Boyu | 1.83 sm |
Teatr | Şəki Dövlət Dram Teatrı |
Mükafatları |
![]() |
Rəhim Xəlil oğlu Qocayev 10 avqust 1979-cu ildə Şəkidə doğulub. Şəki şəhər 10 saylı məktəbdə oxuyub. Məktəb illərindən "Radio-Elektronika" ilə məşğul olub. Bu bilgisinə görə 1997-ci ildə Şəki Dövlət Dram Teatrına radist götürülüb. Həmin ilin sonunda hərbi xidmətə gedib. 1997 – 1999-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Teatrda radist işləyib. İşlədiyi müddətdə Aktyor sənətinə böyük maraq oyanıb və həmin truppada çalışmaq arzusunda olub. Bu həvəsinə görə onu müxtəlif tamaşalarda kütləvi səhnələrdə sınayıblar. İstedadına və böyük həvəsinə görə 2001-ci il dekabr ayının 1-dən aktyor truppasında çalışmağa başlayıb. İşlədiyi müddətdə 2009 - 2011-ci illərdə Teatrın nəzdində olan, Mirbala Səlimlinin rəhbərlik etdiyi Teatr Studiyasında aktyorluq sənəti üzrə iki illik tam kurs keçib. Bu kursda Teatrın təcrübəli aktyorlarından və Teatrın baş Rejissoru böyük Ustadı ( Azərbaycanın Əməkdar İncəsənət Xadimi ) Mirbala Səlimlidən Aktyor sənətinin incəliyini və sirlərini öyrənib. Kurs işi olaraq J.B.Molyerin "Aldadılmış ər" tamaşasında ( Klitandr ) rolunu oynamış və ona Teatrın bədii şurası tərəfindən Teatr Aktyoru ixtisası verilmişdir. Aktyorun Azərbaycanın klassik və çağdaş müəlliflərinin müxtəlif janrlı əsərlərinin tamaşalarında ifa etdiyi səhnə obrazları tamaşaçılar tərəfindən sevilib və yadda qalıb. Verilən hər bir obraza böyük məhsuliyyətlə yanaşan Aktyorun arzusu hər yeni Tamaşada yeni bilgi və yeni təcrübə qazanmaqdır.