. Love.az

Rafail Becanov - Wikipedia - Love.az

Ana Səhifə - Rafail Becanov

Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru.[1]

Rafail Becanov
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1968(1968-07-02) (56 yaş)
Doğum yeri
  • Odurakəran, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1995),
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2003),
  • Milli Cəbhə Partiyası (2020–)
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti jurnalist

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Rəfail Zəkəriyyə oğlu Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986–1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.

Eyni zamanda 1990–1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib.

Evlidir. 2 övladı var.

Fəaliyyəti

redaktə

1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub.

1993-cü ildən jurnalistikadadır. 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İnformasiya Mərkəzinin əməkdaşı olub. 1993-cü ildən "Cümhuriyət" qəzetinin müxbiri, 1997-ci ildən "Cümhuriyət" qəzetinin redaktoru işləyib. 2000–2003-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) Mətbuat Xidmətinin rəhbəri olub. 2003–2008-ci illərdə "Elçi" qəzetində redaktor vəzifələrində işləyib. 2008–2012-ci illərdə "Ölkə" qəzetinin baş redaktoru olub. 2006-cı ildən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədridir.[2]

2007–2011-ci illərdə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının Şura üzvü, 2012–2014-cü illərdə Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri olub.

2015-ci ildə "Cümhuriyət" qəzetini yenidən bərpa edib və həmin zamandan baş redaktordur. 2015-ci ildən "Cebhe.info" Xəbər Portalının direktorudur. 2018–2022-ci iliərdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü olmuşdur.[3]

19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan etmişdir.[4] 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən[5][6] sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımamış,[7] 18 oktyabr 2015-ci ildə qurultay keçirmişdir və Razi Nurullayevi AXCP sədri seçilmişdir.[8][9] Rəfail Becanov da bu qurultayda iştirak etmiş və qurultay sədarətinin üzvü olmuşdur.

Razi Nurullayevin sədrlik etdiyi AXCP adını Milli Cəbhə Partiyası olaraq dəyişmişdir. 7 dekabr 2023-cü il tarixində Rəfail Becanov Milli Cəbhə Partiyası Nəzarət-Təftiş Komissiyasının üzvü seçilmişdir.[10]

2021–2023-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü olub. 2023-cü ildə yenidən həmin İctimai Şuraya üzv seçilib.[11]

İstinadlar

redaktə
  1. ↑ "Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanov kimdir? [ölü keçid]
  2. ↑ ""Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin keçirdiyi "Exit-poll"un nəticələri açıqlanıb". 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
  3. ↑ "Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti 2018". 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
  4. ↑ "AXCP EQTK" (az.). axcp.biz. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  5. ↑ "Əli Kərimli AXCP-nin qurultayında yenidən sədr seçilib" (az.). Sputnik. 2015-09-27. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  6. ↑ Cavanşir Abbaslı. "Əli Kərimli yenidən AXCP sədri seçildi" (az.). musavat.com. 2015-09-28. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  7. ↑ Elçin Mehdiyev. "Razi Nurullayev: Əli Kərimli növbəti siyasi şouya əl atdı" (az.). trend.az. 2015-09-28. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  8. ↑ Röya Rəfiyeva. "Razi Nurullayev qurultay keçirdi və sədr oldu- FOTOLAR" (az.). musavat.com. 2015-10-18. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  9. ↑ Razi Nurullayev. "AXCP Etimad Qurultayı 18 Oktyabr 2015-ci il - Yeni siyasi tarix" (az.). YouTube/Razi Nurullayev. 2015-10-27. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  10. ↑ "MCP NTK yenidən formalaşıb". MCP (türk). İstifadə tarixi: 2024-01-01.
  11. ↑ "Bu şəxslər Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçildilər - SİYAHI". ictimaishura.az (az.). İstifadə tarixi: 2023-08-03.[ölü keçid]

Xarici keçidlər

redaktə
  • Baş redaktorların neçə yaşı var?
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafail_Becanov&oldid=7382385"
LOVE.AZ