. Love.az

Rajva El Huseyn - Wikipedia - Love.az

Ana Səhifə - Rajva El Huseyn

Rajva əl-Saif (ərəb. رجوة آل سيف‎) və ya sonradan Rajva əl-Hüseyn (ərəb. رجوة الحسين‎; 28 aprel 1994, Ər-Riyad) — İordaniya taxt-tacının vəliəhdi Hüseyn ibn Abdullahın xanımı, İordaniya şahzadəsi.

Rajva əl-Hüseyn
ərəb. رجوة الحسين‎
Şəxsi məlumatlar
Doğum adı رجوة آل سيف
Doğum tarixi 28 aprel 1994(1994-04-28) (31 yaş)
Doğum yeri
  • Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı
Təhsili
  • Sirakuz Universiteti
Fəaliyyəti biznes ledi, memar, rəssam
Həyat yoldaşı
  • Hüseyn bin Abdullah (2023–)
Ailəsi Haşimilər
Dini Əhlis-Sünnə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1994-cü ildə ər-Riyadda dünyaya gəldi. Atası Səudiyyəli iş adamı Xalid əl-Saifdir.[1][2] Anası Əzizə əl-Sudairi isə hazırkı Səudiyyə kralı Salman ibn Əbdüləzizin anasıyla eyni ailəyə mənsubdur.[3][4] Orta təhsilini Riyadda[5] tamamladıqdan sonra ABŞ-a göndərildi və burada 2017-ci ildə Sirakuz Universitetinin memarlıq fakültəsindən məzun oldu.[6][7][8] Ana dili olan ərəbcəylə yanaşı, ingilis və fransız dillərini bilir.[9]

Toy mərasimi, iyun 2023

Ailəsi

redaktə
Əsas məqalə: İordaniya vəliəhdi Hüseyn və Rajva əl-Saifin toy mərasimi

17 avqust 2022-ci ildə İordaniya kral sarayından yayılan xəbərə görə, kral II Abdullah və kraliça Raniyənin böyük oğlu vəliəhd Hüseyn ibn Abdullahla nişanlanmışdır.[10] Nişan mərasimi Rajvanın atasının Riyaddakı evində baş tutdu.[11][12] Mərasimə İordaniya kralı və kraliçası, bəzi kral ailəsi üzvləri və əl-Saif ailəsindən bəzi şəxslər qatıldı.[13] Cütlük 1 iyun 2023-cü ildə Ammandakı Zəhran sarayında evləndi.[14] Cütlüyün ilk övladı İman bint Hüseyn isə 3 avqust 2024-cü ildə Ammanda dünyaya gəldi.[15]

İstinadlar

redaktə
  1. ↑ "Princess Rajwa of Jordan's Father Dies Just 8 Months After Her Royal Wedding to Crown Prince Hussein". People.com (ingilis). 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  2. ↑ "Royal Hashemite Court mourns passing of Princess Rajwa's father". rhc.jo (ingilis). 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  3. ↑ "Rajwa Al Saif : la future reine de Jordanie se dévoile". Point de Vue (fransız). 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  4. ↑ "Who is Rajwa Al Saif, the fiancée of the Crown Prince?" (ingilis). 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  5. ↑ "Who Is Rajwa Al Saif? Meet Crown Prince Hussein of Jordan's Wife". Town & Country (ingilis). 2023-06-01. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  6. ↑ "Programs". soa.syr.edu (ingilis). 2024-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  7. ↑ Gillett, Katy. "Who is Rajwa Al Saif, the Saudi fiancee of Jordan's Crown Prince Hussein?". The National (ingilis). 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  8. ↑ "Prince Hussein of Jordan and New Fiancée Give Kate and Prince William Vibes in Engagement Photo". People.com (ingilis). 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  9. ↑ Press, Associated. "Jordan prepares for a royal wedding of its crown prince and an L.A.-educated architect". Los Angeles Times (ingilis). 2023-05-31. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  10. ↑ "Crown Prince engaged to Rajwa Al Saif". rhc.jo (ingilis). 2022-08-17. 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  11. ↑ "x.com". X (formerly Twitter). 2024-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  12. ↑ "Prince Hussein of Jordan and New Fiancée Give Kate and Prince William Vibes in Engagement Photo". People.com (ingilis). 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  13. ↑ "Vogue Arabia". www.voguearabia.com. 2025-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  14. ↑ "Royal Hashemite Court announces date of Crown Prince's wedding". rhc.jo (ingilis). 2025-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  15. ↑ "Princess Rajwa, Crown Prince Hussein of Jordan welcome their first child". Arab News (ingilis). 2024-08-03. 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rajva_əl-Hüseyn&oldid=8011572"
LOVE.AZ