Ramiz Məhəmməd oğlu Alıquliyev (20 mart 1961, Bərdə rayonu) — texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü.
Ramiz Alıquliyev | |
---|---|
![]() | |
Doğum tarixi | 20 mart 1961(1961-03-20) (64 yaş) |
Doğum yeri | |
Elm sahəsi | informasiya texnologiyaları |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() |
Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Bərdə rayonunda anadan olmuşdur.
1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
1983-1988-ci illərdə Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda mühəndis, 3-cü dərəcə mühəndis-konstruktor vəzifələrində çalışmışdır.
1988-ci ildə Riyaziyyat və Mexanika İnstitutuna köçürülmüşdür.
1988-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda aparıcı konstruktor, aparıcı mühəndis, elmi işçi vəzifələrində işləmişdir.
2003-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsinə işə qəbul edilmişdir.
2004-cü ildən İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri işləyir.[3]
2022-ci ildən Azərbaycan Texniki Universitetində “Data Elmi və Süni İntellekt” İnstitutunun direktoru işləyir. [4]
Data mining; big data analitika; text mining; süni intellekt, onlayn sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya; təkamül və sürü intellektinə əsaslanan alqoritmlər (evolutionary and particle swarm algorithms).
- CAAI Transactions on Intelligence Technology[7]
- TWMS Journal of Pure and Applied Mathematics[8]
- International Journal of Decision Support System Technology[9]
- Problems of Information Technology[10]
- Problems of Information Society[11]
- Informatics and Control Problems[12]
- International Journal of Sensors, Wireless Communications and Control[13]
- Turkish Journal of Mathematics & Computer Science[14]
- Artificial Intelligence Evolution[15]
- Communications [16]
- Ukrainian Journal of Information Systems and Data Science[17]
Elmi əsərlərin ümumi sayı: 234[23]
- xaricdə: 134
- respublikada: 33
- beynəlxalq konfranslarda: 35
- respublika konfranslarında: 25
Web of Science bazasında indeksləşən əsərlərin sayı: 88[24]
Scopus bazasında indeksləşən əsərlərin sayı: 91[25]
Vikikitabda Kateqoriya:Ramiz Alıquliyev mövzusuna dair mətn var. |