Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2005–2023), Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (2000–2005), Baş prokurorun müavini — respublikanın hərbi prokuroru (1995–2000), II dərəcəli dövlət ədliyyə müşaviri (2002), general-mayor (1998), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2008).
Ramiz Rzayev | |
---|---|
19 aprel 2005 – 6 mart 2023 | |
Əvvəlki | Südabə Həsənova |
Sonrakı | İnam Kərimov |
17 may 2000 – 19 aprel 2005 | |
Baş prokuror | Zakir Qaralov |
Əvvəlki | İsa Nəcəfov |
Sonrakı | Rüstəm Usubov |
17 iyun 1995 – 17 may 2000 | |
Baş prokuror | Eldar Həsənov Zakir Qaralov |
Əvvəlki | Nizami Təhməzov |
Sonrakı | Siyasət Alıyev (i. e.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1953(1953-02-25) (72 yaş) |
Doğum yeri | |
Rütbəsi |
![]() II dərəcəli dövlət ədliyyə müşaviri ![]() General-mayor |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() |
Ramiz Yaqub oğlu Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə Ramiz Rzayevə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
6 mart 2023-cü ildə Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.[1]
Ailəlidir, 3 övladı var.