. Love.az

Ramiz Tekani - Wikipedia - Love.az

Ana Səhifə - Ramiz Tekani
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Ramiz Təkani — şair, 1971-ci il, Sumqayıt, Azərbaycan SSR, SSRİ

Ramiz Təkani
Doğum adı Ramiz Mirzəxan oğlu Sultanov
Təxəllüsü Təkani
Doğum tarixi 1 yanvar 1971 (54 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Uşağı Bir övladı var
Atası Sultanov Mirzəxan İzzət oğlu
Fəaliyyəti Şair
Əsərlərinin dili Azərbaycanca
Janr Şeir

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 Şeirləri
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Ramiz Təkani (Sultanov) Mirzəxan oğlu 1971-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonu Bürzünbül kəndinin Sultanlı nəslindəndir. 1978-ci ildə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbə daxil olub, 1986-cı ildə Sumqayıt şəhər Inşaatçılar qəsəbəsinin 7 saylı texniki peşə məktəbinin şagirdi olmuşdur. Orta ixtisas təhsillidir. Şeir-sənət aləminə 10 yaşda qədəm qoymuşdur. 13 yaşından hərbi xidmətə qədər Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evinin "İlkin" adına poeziya dərnəyində mərhum ustadı istedadlı satirik şair, mahir qəzəlxan Qulam Feyzullayevin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1992-ci ildə Sumqayıt şəhər "Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi"ndə "Vahid" adına meyxana, poeziya dərnəyinin yaradıcısı və məhsuldar rəhbəri olmuşdur. Dövrü-mətbuatda mütəmadi olaraq çıxış etmiş, şeir müsabiqələrinin dəfələrlə qalibi olmuşdur. "Bu dünyanın dərddən başqa nəyi var ki…." adlı şeirlər kitabının müəllifidir. Hal hazırda Bakı şəhəri Suraxanı rayonu Yeni Bahar qəsəbəsində yaşayır. Evlidir. Bir övladı var.

Kitabları

redaktə
  • Bu dünyanın dərddən başqa nəyi var ki.

Şeirləri

redaktə
  • De necə barışım mən bu zamanla.[1]
  • Göyərçin.
  • Bu millət bir olub ayağa qalxsa.
  • Gizli məhəbbət.

Həmçinin bax

redaktə
  • Yetim Eyvaz

İstinadlar

redaktə
  1. ↑ De, necə barışım mən bu zamanla? | Ramiz Təkani
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramiz_Təkani&oldid=7191674"
LOVE.AZ