. Love.az

Rauf Memmedov Huquqsunas - Wikipedia - Love.az

Ana Səhifə - Rauf Memmedov Huquqsunas
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Rauf.
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rauf Məmmədov.

Məmmədov Rauf Kərim oğlu (5 avqust 1965, Laçın rayonu) — Azərbaycan Respublikası Baş Prokurorluğunun polkovniki, Birinci Qarabağ müharibəsi veteranı, "Vətən uğrunda" medalı kavaleri.

Rauf Məmmədov
Rauf Kərim oğlu Məmmədov
Doğum tarixi 5 avqust 1965 (59 yaş)
Doğum yeri Seyidlər, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti hüquqşünas
Mükafatları "Vətən uğrunda" medalı — 20092009

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Ailəsi
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Məmmədov Rauf Kərim oğlu 5 avqust 1965-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1973–1983- cü illərdə Laçın rayonunun Pircahan kənd orta məktəbində orta, 1983–1984-cü illərdə isə Şuşa şəhər 72 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb.

1984–1986-cı illərdə Ukrayna respublikasında, keçmiş SSRİ Silahlı qüvvələrində, müddətli həqiqi hərbi xidmət keçib. 1987-ci il də Pedoqoji Universitetin “Hərbi hazırlıq və Bədən tərbiyəsi” fakultəsinə daxil olub, 1991-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

1991-ci ilin sentyabr ayından, 1992-ci ilin fevral ayınadək Laçın rayonunun Seyidlər kənd orta məktəbində müəllim işləyib. 2 Fevral tarixində könüllü olaraq Müdafiə Nazirliyinin 811 N- li hərbi hissəsində taqım komandiri, bölük komandirinin müavini və tabor qərərgahının rəisi vəzifələrində, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1993-cü ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyindən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə keçirilməklə hərbi xidməti davam etdirib. Xüsusi İdarənin Bakı Qarnizonu üzrə şöbəsində əməliyyat müvəkkili, 1996-cı ilin may ayından, 1998-ci ilədək baş əməliyyat müvəkkili, 1998-ci ilin avqust ayından Bakı Qarnizonu üzrə şöbədə bölmə rəisi vəzifələrində xidmət edib.

1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin hüquq (qiyabi) fakultəsində təhsil alıb. Aprel 2005-ci il tarixindən, iyun 2006-cı il tarixinədək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (keçmiş MTN) Şamaxı rayon şöbəsinin rəisi vəzifəsində, 2006-cı ildən, 2017-ci ilin may ayınadək Abşeron rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. 2017-ci ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorluğunda Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat–axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsində çalışır.

Birinci Qarabağ müharibəsi veteranıdır. Sərbəst güləş üzrə idman ustasıdır.

Təltif və mükafatları

redaktə

28 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.[1]

Ailəsi

redaktə

Ailəlidir 2 övladı var.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 mart 2009-ci il tarixli Sərəncamı

Həmçinin bax

redaktə
  • "Vətən uğrunda" medalı
  • "Vətən uğrunda" medalı ilə təltif edilənlərin siyahısı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rauf_Məmmədov_(hüquqşünas)&oldid=7948898"
LOVE.AZ