Rauf Qurbanəliyev (2 aprel 1988, Krasnoyarsk) — Azərbaycan kinooperatoru.
Rauf Qurbanəliyev | |
---|---|
Qurbanəliyev Rauf Qurbanəli oğlu | |
![]() | |
Doğum adı | Rauf |
Doğum tarixi | (37 yaş) |
Doğum yeri | Krasnoyarsk, Krasnoyarsk diyarı, RSFSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Qurbanəliyev Qurbanəli |
Fəaliyyəti | kinooperator |
Fəaliyyət illəri | 2007 – indi |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Mükafatları | |
IMDb | ID8325588 |
![]() |
Rauf Qurbanəliyev 2 aprel 1988-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olub. 1990-cı ildə Bakı şəhərində məskunlaşıb. İlk təhsilini 1995–2006-cı illərdə Bakı şəhər N. Nərimanov rayonu 82 saylı orta pilot məktəbində alıb.
2006–2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluq fakültəsini bitirib. 2011–2012-ci illərdə film şirkətində çalışmışdır.
2010–2011-ci illərdə Naxçıvan M/R–da Hərbi xidmətdə olmuşdur.
2011–2012-ci illərdə Azerbaijan İnternational Filming (AİF-company) Kino şirkətində Quruluşçu Operator vəzifəsində çalışmışdır.