. Love.az

Razim Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Razim Memmedov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Razim Məmmədov (21 iyun 1966, Ağdü, Sisian rayonu) – Xətai Rayon İcra Hakimiyyətinin başçısı (2006–2018).

Razim Məmmədov
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
26 sentyabr 2006 – 13 dekabr 2018
Əvvəlkiİbrahim Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1966(1966-06-21) (58 yaş)
Doğum yeri
  • Ağdü, Sisian rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub.

İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984–1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur. [1]

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Razim_Məmmədov&oldid=8125978"
LOVE.AZ