. Love.az

Remington Model 700 - Wikipedia - Love.az

Ana Səhifə - Remington Model 700
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Remington 700 (Reminqton 700) — ABŞ istehsalı tüfəng.

Remington 700
Remington Model 700 ADL optiki nişangahla
Tipi snayper tüfəngi
Ölkə
  •  ABŞ
İstismar tarixçəsi
İstismar illəri 1962 – indiyədək
İstismar edənlər ABŞ
İstehsal tarixçəsi
Yaranma tarixi 1962
İstehsalçı Remington Arms
Xüsusiyyətləri
Ağırlığı 3.06 patronsuz və nişangahsız
Uzunluğu 1055
Lülənin uzunluğu 558/609/660
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərqli patronlara uyğun fərqli modifikasiyaları mövcuddur. Standart patron 7,62×51 mm Nato (.308 Win)-dir. Texniki olaraq darağlı, sürüşgən çaxmaq mexanizmli tüfənkdir. Patron tutumu modifikasiyadan asılı olaraq 3 və ya 5 ola bilər. Remington Arms şirkətinin ən məşhur məhsuludur.

Tüfənk fərqli istehsalçılardan tərəfindən hazırlanmış nişangahlarla istifadə edilir. Geweht 98 tüfənginə əsasən hazırlanmışdır, istehsala isə 1962-ci ildə başlanmışdır. Modelin fərqli modifikasiyaları var və ABŞ-də .177 Rem (4,5 mm), .338 Lapua Magnum (8,6 mm) kalibrli snayper, idman və ya ov tüfənkləri kimi istifadə edilir. Silah yüksək keyfiyyətə malikdir. Silahın məşhur olma səbəblərindən biri isə fərqli şirkətlər tərəfindən çoxa sayıda istehsal edilən komponentlərdir. Çaxmaq poladdan hazırlanmışdır və silindrik formadadır.

Model 700 – Məşhur versiyaları

redaktə

Model 700-ün bir neçə versiyaları mövcuddur:

  • Model 700
  • Model 700 SPS
  • Model 700 ADL
  • Model 700 BDL
  • Model 700 CDL
  • Model 700 Safari.
  • Model 700 5-R "Mil-Spec"

İstifadə edən ölkələr

redaktə
  •  : ABŞ sərhəd xidməti
  •  : Təhlükəsizlik Xüsusi Hərəkat Dairəsi
  •  : Azərbaycan Quru Qoşunları
  •  : Kanadanın Atlı polisi
  •  : Komando Pasukan Katak
  •  : Pasukan Gerakan Khas
  •  : Filippin dəniz qüvvələri

Həmçinin baxın

redaktə
  • snayper tüfəngi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Remington_Model_700&oldid=7698289"
LOVE.AZ