Riçard Şrok — (İngiliscə: Richard Royce Schrock, 4 yanvar 1945-ci ildə Bern, İndiana, ABŞ ştatında anadan olub),[7][8]- amerikalı kimyaçı, 2005-ci ildə "Üzvi sintezdə metatezis üsulunu təkmilləşdirdiklərinə görə" kimya üzrə Nobel mükafatı laureatı (Robert Qrabbs və İv Şoven ilə birlikdə).[9]
Riçard Şrok | |
---|---|
![]() | |
Doğum tarixi | 4 yanvar 1945(1945-01-04)[1][2][…] (80 yaş) |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
ABŞ Milli Elmlər Akademiyasının üzvü (1992 il),[10] London Kral Cəmiyyətinin xarici üzvü (2008 il).[11]
Riçard Şrok 4 yanvar 1945-ci ildə ABŞ-ın İndiana ştatının Bern şəhərində anadan olub. Kaliforniyanın San Dieqo şəhərində Mission Bay Liseyində oxuyub.[12] O, bakalavr dərəcəsini 1967-ci ildə Riversayd Kaliforniya Universitetində, və Con Osbornenin rəhbərliyi altında fəlsəfə doktoru (PhD) dərəcəsini 1971-ci ildə Harvard Universitetində almışdır. Sonra o, Kembricdə Lord Lyuislə birlikdə çalışmağa başladı. 1975-ci ildən isə Massaçusets Texnologiya İnstitutunda işləyir və 1980-ci ildən kimya professorudur.
Riçard Şrok Amerika İncəsənət və Elmlər Akademiyasının və Milli Elmlər Akademiyasının üzvüdür və 2007-ci ildən Harvard Universitetinin Nəzarətçilər Şurasına seçilib. Riçard Şrok Patentli metatez katalizatorunun inkişafı və tətbiqinə diqqət yetirən İsveçrə şirkətinin həmtəsisçisi və idarə heyətinin üzvü.
Sent-Endryussko Universitetinin fəxri doktorudur (2013).[13]
Riçard Şrok 1971-ci ildə Nensi Karlsonla evlənib və bu evlilikdən Endryu və Erik adlı iki övladı var. Ailəsi Massaçusets ştatının Vinçester şəhərində yaşayır.
2005-ci ildə Riçard Şrok, üzvi sintez üsulu olan olefin metatezi üzərində işlərinə görə kimya üzrə Nobel mükafatı aldı və onu Robert Qrabbs və İv Şoven ilə bölüşdü. "Qara qutu" adlanan olefin metatez katalizatorlarının quruluşunu və mexanizmini ilk dəfə izah edən Riçard Şrok oldu.[14]
2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.[15][16][17]