. Love.az

Ricard Almeyda - Wikipedia - Love.az

Ana Səhifə - Ricard Almeyda

Riçard Almeyda (port. Richard Almeida de Oliveira; 20 mart 1989[1][2][…], San Paulo) — Azərbaycan milli futbol komandasında çıxış etmiş Braziliya əsilli azərbaycanlı futbolçu. 2017-ci ildən Azərbaycan vətəndaşıdır. 9 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan kubokunun qalibi olub.

Riçard Almeyda
port. Richard Almeida
Ümumi məlumatlar
Tam adı Riçard Almeyda de Oliveyra
Ləqəbi Riçi, Maestro
Doğum tarixi 20 mart 1989(1989-03-20)[1][2][…] (36 yaş)
Doğum yeri
  • San Paulo, San-Paulu ştatı, Braziliya
Vətəndaşlığı
  •  Braziliya
  •  Azərbaycan
Boyu 177 sm
Çəkisi 68 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
2007—2008 Braziliya Santu-Andre 4 (0)
2010—2011 Portuqaliya Jil Visente 57 (6)
2011—2018 Azərbaycan Qarabağ 163 (38)
2018—2019 Qazaxıstan Astana 8 (1)
2019—2020 →  Azərbaycan Qarabağ 28 (6)
2020 Birləşmiş Ərəb Əmirlikləri Baniyas 0 (0)
2020–2021 Azərbaycan Zirə 13 (0)
2021—2025 Azərbaycan Qarabağ 65 (7)
Milli yığma[* 2]
2017—h.h. Azərbaycan Azərbaycan 31 (3)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 fevral 2025 tarixində redaktə olunub.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 fevral 2025 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyerası
  • 2 Uğurları
    • 2.1 Klub
    • 2.2 Şəxsi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Karyerası

redaktə

Almeyda — Santu-Andre klubunun yetirməsidir.8 may 2010-cu ildə İkasaya qarşı oyunda Seria B-də debüt etmişdir, lakin o, əsas heyətdə möhkəmlənə bilmir və yetirməsi olduğu komandada yalnız 4 görüşə çıxır.

2010-cu ildə Portuqaliya ikinci liqası komandası olan Jil Visenteyə gəlir.29 avqust 2010-cu ildə Trofensi klubuna qarşı oyunda "xoruzlar"ın heyətində debüt edir.6 yanvar 2011-ci ildə isə Penafiellə oyunda ilk qolunu vurur. Onunda töhfələri sayəsində klub həmin il ikinci liqada çempion olur.

Almeyda 2012-ci ildə Qarabağa keçir.5 avqust 2012-ci ildə İnterlə oyunda debüt edir. İlk qolunu isə Sumqayıta vurur. Sezonun sonunda isə 13 qolla bombardirlər arasında 4-cü pilləni tutur. Sonrakı illərdə isə məhsuldarlığı nisbətən aşağı düşür:2 sezona 9 qol.

2 iyul 2013 tarixində Makedoniya Metallurqu ilə görüşdə ümumilikdə Avroliqda ilk oyunun keçirir. İlk qolunu isə 18 iyul 2013-cü ildə Polşa Piast ilə oyunda vurur.

11 fevral 2025-ci ildə "Qarabağ" Almeyda ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.[3]

Uğurları

redaktə

Klub

redaktə
  Qarabağ
  • Azərbaycan Kuboku
    • Qalib (1): 2014–15
  • Azərbaycan Premyer Liqası
    • Qızıl (2): 2013–14, 2014–15
    • Gümüş (1): 2012–13

Şəxsi

redaktə
  • Azərbaycan Premyer Liqası ayın oyunçusu (1): aprel 2012[4]
  • Azərbaycan Premyer Liqası ən yaxşı xarici futbolçu (1): 2014
  • Azərbaycanda ilin legioner idmançısı (İdman Araşdırmalar Mərkəzinin versiyası) (1): 2014[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Richard // Transfermarkt (çd.). 2000.
  2. ↑ 1 2 Richard Almeida // FBref (çd.).
  3. ↑ "Təşəkkürlər, Riçard!". qarabagh.com. İstifadə tarixi: 2025-02-11.
  4. ↑ "Topaz Premyer Liqası / Ayın oyunçusu". 2013-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-27.
  5. ↑ "Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi" (az.). Ann.az. 24 dekabr 2014. 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Riçard_Almeyda&oldid=8016643"
LOVE.AZ