. Love.az

Roberto Boninsenya - Wikipedia - Love.az

Ana Səhifə - Roberto Boninsenya

Roberto Boninsenya (it. Roberto Boninsegna; 13 noyabr 1943[1], Mantuya, Lombardiya) — İtaliyalı keçmiş futbolçu, hücumçu. İki dəfə İtaliya çempionatının bombardiri olub.

Roberto Boninsenya
Ümumi məlumatlar
Doğum tarixi 13 noyabr 1943(1943-11-13)[1] (81 yaş)
Doğum yeri
  • Mantuya, Mantova əyaləti, Lombardiya, İtaliya krallığı
Vətəndaşlığı
  •  İtaliya
Boyu 174 sm
Çəkisi 72 kq
Mövqeyi hücumçu
Karyerası
1976–1979 Yuventus FK 58 (22)
1966–1969 Kalyari FK 83 (23)
1979–1980 Hellas Verona FK 14 (3)
1969–1976 İnter Milan 197 (113)
1967–1974 İtaliya milli futbol komandası 22 (9)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyera
  • 2 Titullar
    • 2.1 Komanda
    • 2.2 Şəxsi
  • 3 İstinad
  • 4 Xarici keçidlər

Karyera

redaktə

Roberto Boninsenya 13 noyabr 1943-cü ildə Mantovada anadan olub.

"İnter" klubunun yetirməsi olan Roberto karyerasına, "İnter"in baş məşqçisi Elenio Herrera tərəfindən "rədd edildikdən" sonra 1963-cü ildə "Prato" klubunda başlayır. "Prato"dan sonra Roberto "Potenza" klubuna keçir. Ancaq burada əsas heyətdə möhkəmlənə bilməyərək, heyətdəki yerini Silvino Bercellinoya uduzur.

Daha sonra "Vareze" klubuna keçir. Burada bir mövsüm keçirdikdən sonra,1966-cı ildə bir çox istedadlı gənc oyunçuların yığıldığı "Kalyari" klubuna keçir. Roberto burada Luici Riva ilə birlikdə hücumda çıxış edir. Bu iki futbolçunun oyunu bir yerdə mox gözəl alınır. Növbəti mövsümdə Boninsenya İtaliya millisinə çağrılır və 18 noyabr 1967-ci ildə İsveçrə ilə oyunda İtaliya milli komandasında debüt edir. Ancaq eyni ildə A Seriyasıda Roberto keçmiş klubu "Vareze" ilə oyunda etdiyi intizamsızlığa görə 11 oyunluq cəza alır. Məhz bu cəza səbəbindən oyunçunu 1968-ci ildə təşkil edilən və İtaliyalıların ilk dəfə qatıldığı Avropa çempionatından kənarda qalmasına səbəb olur. Diskvalifikasiya dövründə, 11 qol vurduğu Amerikanın "Çikaqo Mustanqs" klubuna icarəyə verilir və burada 9 oyunu keçirdir.[2] Roberto "Kalyari"də 3 mövsüm keçirdikdən sorna yetirməsi olduğu "İnter"ə keçir.

1969–1970 mövsümündə Roberto "İnter" ilə uğurlu mövsüm keçirib çempionatda 2-ci yeri tutur və yalnız Robertonun keçmiş klubu "Kalyari" Milan komandasını qabaqlayır. Bu mövsümdə Roberto özü 13 qol vuraraq çempionatın bombardirləri arasında 4-cü yeri tutdu.

1970-ci ildə Roberto, İtaliya milli komandasının tərkibində Meksikadakı Dünya Kubokuna gedir və burada "Kalyari"də hücum ortağı olmuş Cici Riva ilə əla "tandem" qurur.[3] Dünya Kubokundan sonrakı mövsümdə Roberto iki titul qazandı: "İnter"lə İtaliya çempionu oldu və milli çempionatda 24 qol ilə bombardir olur. 1976-cı ildə "İnter" 33 yaşlı Robertonu "Yuventus" klubunun oyunçusu Anastazi ilə dəyişir.

"Yuventus"un heyətində Roberto 29 avqust 1976-cı ildə "Montsa" ilə 1: 1 hesabı ilə bitən İtaliya çempionatı oyununda debüt etdi. "Qoca Sinyora" ilə Boninsenya ardıcıl iki İtaliya çempionluğu və 1977-ci ildə UEFA kubokunu qazanır. Bundan sonra Roberto, B Seriyasında yarışan "Verona" klubuna keçir və karyerasını orda bitirir.

Futbol karyerasını başa vurduqdan sonra Roberto məşqçi kimi müxtəlif klublarda çalışır.

Titullar

redaktə

Komanda

redaktə
  • İtaliya çempionu: 1971, 1977, 1978
  • UEFA Kubokunun qalibi: 1977
  • İtaliya Kubokunun qalibi: 1979

Şəxsi

redaktə
  • İtaliya çempionatının bombardiri: 1971 (24 qol), 1972 (22 qol)
  • İtaliya Kubokunun ən yaxşı bombardiri: 1972 (8 qol)

İstinad

redaktə
  1. ↑ 1 2 Roberto Boninsegna // Transfermarkt (çd.). 2000.
  2. ↑ "North American Soccer League Players Roberto Boninsenga". 2012-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  3. ↑ FIFA saytında statistika (ing.)

Xarici keçidlər

redaktə
  • Footballplayers.ru saytında profil Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine
  • Myjuve.it saytında profil
  • İnterfc.it saytında profil
  • Calciatori-online.com saytındakı məqalə
  • Altervista.org saytında məqalə Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Roberto_Boninsenya&oldid=8011333"
LOVE.AZ