. Love.az

Roman Dmitriev - Wikipedia - Love.az

Ana Səhifə - Roman Dmitriev

Roman Mixayloviç Dmitriev — Yakutiya MSSR Jiqansk rayonu, Bestyax kəndində anadan olmuşdur. 2010-cu ildə idə Moskvada vəfat etmişdir. Sovetlər Birliyini sərbəst güləş üzrə təmsil etmişdir. 48 kq çəki üzrə 1972-ci il olimpiya oyunlarında qızıl, 1976-cı il olimpiya oyunlarında isə güşüş medal qazanmışdır. Dünya və Avropa cenpionu olmuşdur. Altıqat SSRİ çempionudur. 1970-ci illərin dünyada əmn məşhur güləşçilərindən biri olmuşdur. MOİK üzvü olmuşdur.

Roman Dmitriev
Roman Dmitriev
Şəxsi məlumatlar
Tam adı Roman Mixayloviç Dmitriev
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi 7 mart 1949
Bestyax kəndi, SSRİ Yakutiya MSSR
Vəfat tarixi 11 fevral 2010
(60 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Vəfat səbəbi serebrovaskulyar xəstəlik[d]
Təhsili
  • Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti[d]
Boyu 154 sm
İdman növü Güləş
Məşqçiləri
  • Dmitri Korkin
Medallar
Dünya Çempionatı
Gümüş 1969 Mar-de-Plata Sərbəst, 48 kq.
Bürünc 1970 Edmonton Sərbəst, 48 kq.
Qızıl 1973 Tehran Sərbəst, 48 kq.
Gümüş 1974 İstanbul Sərbəst, 48 kq.
Avropa Çempionatı
Qızıl 1969 Sofiya Sərbəst, 48 kq.
Yay Olimpiya oyunları
Qızıl 1972 Sərbəst, 48 kq.
Gümüş 1976 Sərbəst, 48 kq.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Mənbə

Bioqrafiyası

redaktə

Çurapçin internat-məktəbində sərbəst güləş üzrə müəllimi Korkin Dmitriyev Petroviç olmuşdur. O, 1978ildə RQUFSiT bitirmişdir.

1981 - 1985 illər ərzində SSRİ İdman Komitəsinin məşqçisi olmuşdur. Yakutuya MSSR yığmasının baş məşqçisi və Rusiya Federasiyasının gənclər üzrə yığmasının baş məşqçisi kimi fəaliyyət göstərmişdir.

İdmançı və məşqçi fəaliyyətini bitirdikdən sonra digər məsul vəzifələrdə işləmişdir:

  • Yakutiyanın Gənclər və İdman İşləri üzrə Nazirinin birinci mavini;
  • Yakutuyanın Rusiya Prezidenti yanında idman məsələləri üzrə müşavir;
  • Rusiya Federasiyasının Federal Qurultayında Yakutiya Qurultayının nümayəndəsi;
  • Dövlət Qurultayının deputatı («Vahid Rusiya» fraksiyası), Ailə, uşaq, gənclər, bədən tərbiyəsi və idman komitəsinin üzvü.

Mükafatları

redaktə
  • SSRİ Layiqli idman ustası,
  • SSRİ Layiqli məşqçisi,
  • Rusiya Layiqli məşqçisi,
  • Yakutiya MSSR bədən tərbiyəsi üzrə layiqli işçi,
  • «Şərəf ordeni»,
  • «Qütb ulduzu ordeni»[1],
  • Fəxri sakin: Yakutsk[2], Jinqan ulusu, Çurapçin ulusu, Vilyoyski ulusu.

Yakutiya Aviaşirkətinin təyyarələrindən biri (RA-89012) Roman Mixayloviç Dmitrievin[3] şərəfinə adlandırılmışdır.

Yakutskın Maqansk qəbirstanlığında dəfn olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ "Официальный информационный портал Республики Саха (Якутия):Кавалеры Ордена Республики Саха (Якутия) "Полярная звезда" — список награжденных". 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
  2. ↑ "Официальный информационный портал Республики Саха (Якутия):Городской округ «Якутск»:Почетные граждане". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
  3. ↑ "Именем олимпийского чемпиона из Якутии назовут самолет Sukhoi Superjet". NVpress.Ru. 2013-02-22. 2013-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.

Mənbə

redaktə
  • İdmançı haqqında Arxivləşdirilib 2010-02-18 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Roman_Dmitriev&oldid=7427650"
LOVE.AZ