. Love.az

Roman Polanski - Wikipedia - Love.az

Ana Səhifə - Roman Polanski

Roman Polanski (ing. Roman Polanski; pol. Polański, doğum adı Raymund Roman Liblinq, pol. Rajmund Roman Liebling); 18 avqust 1933[1][2][…], Paris[3]) — Böyük Britaniya, ABŞ və Fransa kinorejissoru.

Roman Polanski
fr. Roman Polanski
Doğum adı Raymond Thierry Liebling
Doğum tarixi 18 avqust 1933(1933-08-18)[1][2][…] (91 yaş)
Doğum yeri
  • Paris, Paris[3]
Həyat yoldaşı
  • Emmanuel Seiqner[d] (1989–)
Fəaliyyəti kinorejissor, aktyor, film prodüseri, ssenarist, yazıçı, xarakter aktyoru[d], kino aktyoru, teatr rejissoru, rejissor, prodüser
Fəaliyyət illəri 1953-cü ildən
Boyu 160 sm
Üzvlüyü
  • Təsviri Sənət Akademiyası
Mükafatları Golden Medal for Merit to Culture (Polşa) "Fəxri Legion" ordeni komandoru (Fransa)
Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı (Amerika Birləşmiş Ştatları) — 2003
IMDb ID0000591
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 Uğurları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər
  • 6 Həmçinin bax

Həyatı

redaktə

Hollivudda "Rozmarinin uşağı" və "Çin məhəlləsi" kimi məşhur filmlərin rejissoru olan Polanski, 1978-ci ildən sonra karyerasına Avropada davam edib, "Doqquzuncu darvaza", "Oliver Tvist" kimi filmlərə imza atıb. Onun ən məşhur filmi 2002-ci ildə çəkdiyi "Pianoçu" sayılır. Polanski bu filmə görə "Oskar" mükafatına layiq görülsə də, mükafatı almağa getməyib. Bunun səbəbi Roman Polanskinin 1978-ci ildə 13 yaşlı qıza təcavüz etməsi ittihamı ilə ABŞ tərəfindən axtarılması olmuşdur. 31 il öncə azyaşlı qıza təcavüz etməkdə ittiham olunan və həbs edilməməsi üçün ABŞ-dən qaçan Polanski, 2009-cu il sentyabrın 27-də Sürix Film Festivalında layiq görüldüyü "Yaşam Boyu Uğur" mükafatını almaq üçün getdiyi İsveçrədə gözaltına alınıb.[4]

ABŞ-də keçirilən məhkəmə qərarlarına görə, Polanskinin 1993-cü ildə zərərçəkən tərəfə 500 min dollar ödənilməsi müqabilində tərəflər arasında razılığın əldə olunmasının mümkünlüyü bildirilib. Lakin məhkəmə qərarlarında Polanskinin məbləği ödəyib-ödəməməsi barədə qeydlərə rast gəlinmir. 1996-cı ildə keçirilən son məhkəmə prosesində isə ödəniləcək məbləğin 604 min dollara qalxdığı bildirilir. Roman Polanski ABŞ-də ona qarşı irəli sürülən ittihama görə 500 min dollar təzminat ödəməyi qəbul edib.[5]

Filmoqrafiya

redaktə
  1. Qorxusuz vampir qatilləri (film, 1967) / The Fearless Vampire Killers
  2. Rozmarının uşağı (film, 1968) / Rosemary’s Baby
  3. Nə? (film, 1972) / What?
  4. Çin məhəlləsi (film, 1974) / Chinatown
  5. Dəniz quldurları (film, 1986) / Pirates
  6. Azğın (film, 1988) / Frantic
  7. Ölüm və qız (film, 1994) / Death And The Maiden
  8. Pianoçu (film, 2002) / The Pianist
  9. Kabus yazıçı (film, 2010) / The Ghost Writer

Uğurları

redaktə

"Qızıl palma budağı", "Qızıl Şir" və "Oskar" mükafatlarının laureatıdır. O, "Pianoçu", "Çin kvartalı" və "Rozmarinin övladı" filmlərinə görə şöhrət qazanıb.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Roman Polanski // Internet Broadway Database (ing.). 2000.
  2. ↑ 1 2 Roman Polanski // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118595431 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. ↑ "Roman Polanskiyə azadlıq!". 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-28.
  5. ↑ "Məşhur rejissor 500 min dollar cəriməylə razılaşdı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-05.
  6. ↑ "Məşhur rejissor həbsxanadan xəstəxanaya aparıldı". 2009-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-19.

Xarici keçidlər

redaktə
  • Sənətsevər. Roman Polanski  (az.)

Həmçinin bax

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Roman_Polanski&oldid=7405137"
LOVE.AZ