Ronald Edmund Hatton (ing. Ronald Edmund Hutton; 19 dekabr 1953[2][3]) — rus əsilli ingilis tarixçi, erkən müasir Britaniya tarixi, Britaniya folkloru, Xristianlıqdan əvvəlki din və müasir paqanizm üzrə mütəxəssis. İngilis İrsi (ing. English Heritage) qurumunun komissarı.[4]
Ronald Hatton | |
---|---|
ing. Ronald Edmund Hutton | |
![]() | |
Doğum tarixi | 19 dekabr 1953(1953-12-19)[2][3] (71 yaş) |
Həyat yoldaşı | Liza Radiloviç (1988-2003) |
Elm sahələri | tarix[1], folklor[1], din[1], Bütpərəstlik[1] |
Elmi dərəcəsi | tarix professoru |
İş yeri | |
Alma-mater | Pembrouk Kolleci |
Elmi rəhbəri | Hyu Trevor-Roper |
2011-ci ildən, Uels Alim Cəmiyyətinin (ing. Learned Society of Wales; vall Cymdeithas Ddysgedig Cymru),[5] 2013-cü ildən isə Britaniya Akademiyasının həqiqi üzvüdür.[6] 2022-ci ildə Qreşem Kollecində ilahilik professoru vəzifəsinə təyin olunub.[7]
Ronald Hatton 1953-cü ilin dekabrın 19-da Hindistanın Utakamund şəhərində anadan olub.[8] Onun rus mənşəyi var.[9] İngiltərəyə köçəndə, Hatton İlford qraflığının məktəbinə qəbul olunub. O vaxtdan bəri o, arxeologiya ilə marağlanırdı. 1965-1976 illərin arasında Hatton İngiltərədə, Uelsdə və Maltada qazıntılarda iştirak edirdi.
Kembricin Pembrouk Kollecində oxuyandan sonra,[10] Hatton təhsilini Oksford Universitetində davam etmişdi və orda 1980-ci ildə doktorluq dərəcəsi almışdır.[11] 1981-ci ildə o, Bristol Universitetinə köçüb və orda tarix lektoru kimi işləməyə başlamışdı. Hatton orda, 1981-1990 illərin arasında erkən müasir Britaniya haqqında üç kitab yazmışdı.[12] 1988-ci ilin avqustunda Ronald Hatton Liza Radiloviç ilə evlənmişdi. 2003-cü ilin martında isə onlar boşanıb.[8]
Bundan sonra Oxford University Press onun yazdığı Britaniya folkloru haqqında iki kitab buraxıb (1994-cü və 1996-cı illərdə). Həmin kitablarında Hatton bəzi ümumən qəbul edilən fikirləri tənqid etmişdi. Məsələn, "Şən İngiltərə" (ing. Merry England) mifini.[13][14] 90-cı illərdə o, paqanizmi araşdırırdı və 1999-cu ildə onun bu mövzu ilə bağlı kitabı üzə çıxmışdı.[15] 2001-ci ildə isə o, şamanizm haqqında kitabı buraxmışdı.[16]
2000-ci illərdə Hatton həmçinin Vikka, və Druidləri araşdırırdı. Onun bu mövzularla bağlı nəşrləri və leksiyaları var.[17]
Hatton öz dini inanclarını şəxsi məsələ hesab edir.[10] O, paqan olaraq böyüyüb və cavanlığından Vikkaçılar ilə tanış idi.[18] O, Britaniyanın paqan icması arasında "yaxşı tanınmış və çox sevilən" şəxsdir.[19]