. Love.az

Rossimoda Ayaqqabi Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Rossimoda Ayaqqabi Muzeyi

Rossimoda Ayaqqabı Muzeyi (it. Museo Rossimoda della calzatura) – İtaliyanın Stra kommunasında yerləşən və ayaqqabıya həsr olunmuş muzey.

Rossimoda Ayaqqabı Muzeyi
Xəritə
Əsası qoyulub 24 iyun 1995
Açılış tarixi 24 iyun 1995
Ölkə
  •  İtaliya[1]
Kolleksiyası 1.350 arxiv əşyası[2], 1.350 arxiv əşyası[3]
Ziyarətçi sayı
  • 1.400 nəf. (2021)[4]
45°24′32″ şm. e. 12°00′24″ ş. u.HGYO
museodellacalzatura.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Kolleksiya
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

Muzey 1995-ci ildə Rossimoda ayaqqabı şirkətinin qurucusu Luicino Rossinin arzusuna əsasən yaradılmışdır.[5] Əvvəlcə muzeyin sadəcə şirkətin tarixinə həsr olunması planlaşdırılsa da, daha sonra Riviera-del-Brenta bölgəsinin ənənəvi ayaqqabılarına, qədim Venesiyanın ayaqqabı ənənəsinə və beynəlxalq ayaqqabı dizaynerlərinə həsr olunmuşdur.

Kolleksiya

redaktə

Muzeydə dünyanın müxtəlif ölkələrindən olan dəb dizaynerlərinin 1500-dən çox ayaqqabı modeli saxlanılır.[6] Burada Endi Vorhol və Allen Consa məxsus ayaqqabı modelləri sərgilənir.

Sərgi bölgəsinin sahəsi 700 m2 təşkil edir və XVII əsrdə aid iki mərtəbəli zalda yerləşir. Burada Vigo şirkətinin digər moda evləri ilə əməkdaşlığı nəticəsində hazırlanan prototiplər sərgilənir. Birinci mərtəbə Donna Karan və Mark Ceykobs kimi ABŞ dizaynerlərinə, yuxarı mərtəbə isə Pucci, Yves Saint Laurent, Givenchi, Dior, Vivier, Fendi, Celine, Christian Lacroix, Kenzo kimi Avropa brendlərinə həsr olunmuşdur.

Muzeydə həmçinin Luicino Rossiya məxsus eskizlər, rəsmlər və heykəllər, Lakrua və Karl Lagerfeldə aid orijinal eskizlər, Endi Vorholun rəsmlərinin reproduksiyaları, Allen Cons və Daniel Spoerrinin heykəlləri saxlanılır.

Qalereya

redaktə
  •  
    XVII əsrə aid ayaqqabı.
  •  
    XVIII əsrə aid ayaqqabı.
  •  
    XIX əsrə aid ayaqqabı.
  •  
    Venesiya qadın ayaqqabısı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Indagine sui musei e le istituzioni similari. 2024.
  2. ↑ Indagine sui musei e le istituzioni similari. 2020.
  3. ↑ Italian National Institute of Statistics ISTAT 2015 survey on museums and similar institutions. 2017.
  4. ↑ Indagine sui musei e le istituzioni similari. 2023.
  5. ↑ Rossimoda: company profile. 2006. Venedig: Rossimoda. OCLC 611781267
  6. ↑ Monica Amari, Museums of companies: the culture of the art of art and history. Franco Angeli, 2010, 146.

Xarici keçidlər

redaktə
  Vikianbarda Rossimoda Ayaqqabı Muzeyi ilə əlaqəli mediafayllar var.
  • museodellacalzatura.it — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rossimoda_Ayaqqabı_Muzeyi&oldid=6657965"
LOVE.AZ