Rubus aetnicus (lat. Rubus aetnicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Rubus aetnicus | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Rubus aetnicus |
||||
Beynəlxalq elmi adı | ||||
|
Avopada, Orta Balkan yarımadasında, Kiçik Asiyada və İranda geniş yayılmışdır.
Birillik, budaqları qövsvarı əyilmiş, tilli, üzəri yatıq keçətüklü, az halda tüksüz, müxtəlif formalı tikanlı koldur. Çiçək oxu düz yönəlmiş, çökək, az tikanlıdır. Çiçək qrupu sıx, uzunsov, çoxçiçəkli salxımdır. Kasayarpağı kül rəngli boz keçətüklü, aşağıya yönəlmişdir. Meyvəsi uzunsov şar formalı, bir qədər qurudur. İyun-avqust aylarında çiçəkləyir və meyvə verir.
Çay kənarlarında rütubətli yerlərdə bitir. İstiyə, soyuğa davamlıdır.
Talış bölgəsində təbii halda rast gəlinir.
Dərman bitkisidir. Yeyintidə istifadə edilir.