Əliyev Ruslan Yusif oğlu (13 sentyabr 1978, Yevlax) — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin sabiq Baş direktoru[1], Texnika üzrə Fəlsəfə doktoru.
Ruslan Əliyev | |
---|---|
Ruslan Yusif oğlu Əliyev | |
Vəzifədədir | |
01 aprel 2024-cü ildən | |
01 noyabr 2019 – 11 mart 2024 | |
Əvvəlki | Əkbər Hacıyev |
Sonrakı | Azər Məmmədov |
2015 – 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 sentyabr 1978(1978-09-13) (46 yaş) |
Doğum yeri | |
Təhsili |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Fəaliyyəti | dövlət rəsmisi |
Atası | Yusif Əliyev |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Ruslan Əliyev 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Evlidir, 3 övladı var.
1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib[2].
1999–2001-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik elektrik stansiyaları" ixtisası üzrə ali peşə istiqaməti üzrə magistr dərəcəsi bitirib[2].
2004–2007-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" ixtisası üzrə aspirantura təhsili almışdır.
2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsi bitirib[2].
2016–2020-ci illər — Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmlər doktoru proqramı üzrə dissertantura təhsili almışdır.
2021–2022-ci illər — University of Oxford The Oxford Executive Leadership Programme 2021 üzrə sertifikat almışdır.
2022–2022-ci illər — SDA Bocconi Scholl of Management General Management program üzrə online kurs keçmişdir.
1999–2006-cı illər — Azərenerji Açıq Səhmdar Cəmiyyətinin qazan turbin sexində maşinist, operator, qaz turbin qurğusunun maşinisti, növbə rəisi vəzifələrində çalışıb
2006–2007-ci illər — Azneft İstehsalat Birliyinin Azneftekologiyaservis İdarəsində energetik vəzifəsində çalışıb.
2007–2009-cu illər — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2009–2013-cü illər — Azəriqaz İstehsalat Birliyində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2013–2015-ci illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun əməyin mühafizəsi üzrə müavini vəzifəsində çalışıb.
2015–2019-cu illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb.
2019–2024-cü illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.
2024-cü il 1 aprel — AzərEnerji ASC-nin vitse prezidentinin texniki məsələlər üzrə müavini vəzifəsində çalışır.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Texnika üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olub və 2020-ci ildə təhsilini başa vurmuşdur. 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Biznesin iqtisadiyyatı və menecment" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif elmi jurnallarda dərc olunan 40-dan çox elmi məqalələrin müəllifidir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |