. Love.az

Soyudlu Baskecid - Wikipedia - Love.az

Ana Səhifə - Soyudlu Baskecid
Bu məqalə Başkeçid rayonunda yerləşən Söyüdlü kəndi haqqındadır. Digər mənalar üçün Söyüdlü səhifəsinə baxın.

Söyüdlü — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Söyüdlü
სოღუთლო
41°22′08″ şm. e. 44°03′37″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.590 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 25 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1709[2]
Xəritəni göstər/gizlə
Söyüdlü xəritədə
Söyüdlü
Söyüdlü

Mündəricat

  • 1 Fiziki-coğrafi oçerk
  • 2 Əhali
  • 3 Təsərrüfatı
  • 4 Həmçinin bax

Fiziki-coğrafi oçerk

redaktə

Söyüdlü kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1600-1630 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Məmişlər, Gödəkdağ və Qəmərli kəndləri ilə qonşudur. Yırğançay və Məmişlər kimi Söyüdlü də bölgənin ən hündür dağ kəndlərindən biridir. Kəndə yüksək alp çəmənliklərinə xas olan sərt iqlim şəraiti səciyyəvidir.

Əhali

redaktə

2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Söyüdlü kəndində hamısı etnik azərbaycanlılardan ibarət olmaqla 27 nəfər sakin yaşayır. Sakinlərin 13 nəfəri kişilər, 14 nəfəri isə qadınlardır.

Təsərrüfatı

redaktə

Yüksək dağ kəndi olan Söyüdlü mühüm heyvandarlıq zonasıdır. Ətlik-südlük maldarlıq, ətlik-yunluq qoyunçuluq və gecyetişən kartofçuluq inkişaf etmişdir.

Həmçinin bax

redaktə
  1. ↑ https://web.archive.org/web/20140826010819/http://census.ge/en/home.
  2. ↑ http://www.gpost.ge.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Söyüdlü_(Başkeçid)&oldid=6603009"
LOVE.AZ