. Love.az

Sunduz Babayeva - Wikipedia - Love.az

Ana Səhifə - Sunduz Babayeva

Babayeva Sündüz Hacımirzə qızı (d. 28 dekabr 1946, Dəvəçi, Pirəbədil kəndi) — Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı (1995–2007).

Sündüz Babayeva
Dəvəçi Rayon İcra Hakimiyyıtinin başçısı
4 avqust 1995 – 28 iyun 2007
ƏvvəlkiMirkamil Hüseynov
SonrakıNovruz Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 28 dekabr 1946(1946-12-28) (78 yaş)
Doğum yeri
  • Dəvəçi rayonu, Azərbaycan SSR, SSRİ

Təltifləri "Şöhrət" ordeni "Şərəf nişanı" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Sündüz Babayeva 1946-cı il dekabrın 28-də Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndində anadan olmuşdur[1]. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə müəllim kimi başlamış, 1990 ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin katibi, 1992-ci ildən Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Dəvəçi Rayonu Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, 1995–2007-ci illərdə isə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Mükafatları

redaktə

Sündüz Babayeva "Şərəf nişanı" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur.

Xarici keçidlər

redaktə
  • Sündüz Babayevaya "Şöhrət" ordeni verildi [ölü keçid]
  • Sərəncam imzalayıb [ölü keçid]
  • İcra hakimiyyəti başçıları dəyişdrilib [ölü keçid]

İstinadlar

redaktə
  1. ↑ "BABAYEVA Sündüz Hacımirzə qızı". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sündüz_Babayeva&oldid=7123312"
LOVE.AZ