Əhlis-Sünnə vəl-Cəmaat (ərəbcə: أهل السنة والجماعة), qısa olaraq Əhlis-Sünnə (ərəbcə: أهل السنة) və ya Sünnilik — İslamda ən böyük məzhəb və əqidə.
"Əhlis-Sünnə vəl-Cəmaat" üç sözün birləşməsindən əmələ gəlmişdir. Bunlar aşağıdakılardır:
Bu məzhəbə mənsub olanlara "sağlam və doğru inancı mənimsəyənlər" mənasında "sünni" deyilir. M. Watt "sünni" teriminin ilk dəfə IV. əsrdə istifadə olunduğunu qeyd edir.[1] Lakin tabeindən Səid ibn Cübeyrə istinad edilən bir rəvayətə görə bu söz VIII. əsrin əvvəli (hicri I. əsrin sonuna doğru) ortaya çıxıb.[2] "Əhli sünnə" termini isə ilk dəfə Həsən əl-Bəsri tərəfindən istifadə olunmuşdur.[3]
Sünniliyin 2 kəlam (əqidə), 4 fiqh məzhəbi var[4].
Kəlam (əqidə) məzhəbləri:
Əhlis-Sünnə imamlarına Əbu Hənifəni, İmam Şafiini, İmam Malik ibn Ənəsi, Əhməd ibn Hənbəli, Əbu Mansur əl-Maturidini, Əbülhəsən Əşərini, İbn Həcəri, Fəxrəddin Razini və başqalarını misal göstərmək olar.
Sünnilərin əsas iki qaynağı vardır. Bunlar Quran və Sünnədir.
Sünnilərin ilkin hədis kitabları hələ Məhəmməd peyğəmbər sağ ikən beytlər şəklində[5] yazılmağa başlanmışdır ki, bu janr da "Məğazi" adlanır. Erkən zamanda "əl-Məğazi" janrında yazılmış kitab müəllifləri arasında ən tanınmış müəlliflər üç nəfərdir:
Sünnilərin digər məşhur hədis qaynaqları bunlardır:
Dünyada İslam dininə etiqad edənlərin 85–90%-ni Əhlis-Sünnə məzhəbinin nümayəndələri təşkil edir.[6][7] Əhlis-Sünnə məzhəbi Şimali Afrikada, Yaxın Şərqdə, Balkan yarımdası ölkələrində, Mərkəzi Asiyada, Cənub Şərqi Asiya ölkələrində geniş yayılmışdır. Misir, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, İordaniya, Əfqanıstan və Pakistan sünnilərin kompakt yaşadığı ölkələrdir. Bu ölkələrdə əhalinin 80–85 %-ni sünnilər təşkil edirlər.[8][9]
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |