Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri.
Sürünən nəqliyyat vasitəsinin ən sadə nümunəsi olan əl sürütməsindən istifadə edilməsi irəliləməkdə mühüm addım olmuşdur. Mütəxəssislər, qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilməsini Eneolit dövrünə aid edirlər.
Əsasən, Azərbaycanın dağlıq bölgələri üçün xarakterik olan sürütməni düzəltmək üçün bir neçə iri budağın yoğun başlarını bir-birinə bağlayıb, üzərinə müxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra, sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz, sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını (kərən, dirək) da bu üsulla daşımaq sərfəli olurdu. Yükün ağırlığından asılı olaraq boyunduruğa bəzən 2–5 cüt öküz qoşurdular. Sürütmə, qədim qoşqu nəqliyyatının bir növüdür və ondan Azərbaycanın dağlıq və meşə ətrafı rayonlarında hələ də istifadə olunur.