Sığınacaq (ing. Shelter) — 2007-ci ildə rejissor Conah Markovitz tərəfindən çəkilmiş ABŞ istehsalı olan dram filmi.
Sığınacaq | |
---|---|
ing. Shelter | |
![]() | |
Janr |
dram idman |
Rejissor | Conah Markovitz |
Ssenari müəllifi | Conah Markovitz |
Baş rollarda |
Trevor Rayt Bred Rou Tina Holms |
Bəstəkar | Piter Robinson |
İlk baxış tarixi |
16 iyun 2007 (Frameline Film Festivalı) 21 mart 2008 (ABŞ) |
Müddət | 88 dəqiqə |
Büdcə | 500.000 dollar |
Gəlir | 142.666 dollar[1] |
Ölkə |
![]() |
Dil | ingiliscə |
İl | 2007 |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Malibu |
IMDb | ID0942384 |
Zak kolleci bitirmiş bir gəncdir. 4 ildir ki, sevgilisi ilə problemi var. Bütün vaxtını bacısının uşağı Kodiyə baxmaq, işləmək və küçə sənətçiliyi ilə keçirir. Kodi hər kəs tərəfindən azarlanır. Yalnız Zakı atası olduğunu fikirləşdiyinə görə onun sözünə baxır.
Bu arada Zakın dostlarından biri öz dostu Şaunla birgə kəndə gəlir və onlar birgə gəzib dolaşırlar, dost olurlar. Şoun Zakın problemlərini görüb ona kömək etmək istəyir. Zakın bacısı Kodilə maraqlanmadığı halda Zakdan Kodiyə və xəstə atalarına baxmağı və Şaunla görüşməməyi tələb edir. Bu arada Zak Şauna aşiq olur. Ancaq bir müddət bunun yanlış qərar olduğunu düşünür. Lakin sonradan Zak özünü toplayır və Şaunla birgə yeni həyatının təməlini qoyur.
Nəhayət, Zak arzusunda olduğu universitetə qəbul olur və Şaunla birgə Kodini də özlərilə götürərək həmin universitetin olduğu şəhərə gedirlər.
Sığınacaq filmi ilk öncə 2007-ci ildə San Fransiskoda "Frameline Film Festivalı"nda nümayiş etdirildi. Kinoteatrlarda isə 2008-ci ildə nümayişə başladı. Filmin DVD versiyası isə 2008-ci ilin 27 may tarixində satışa çıxarıldı. DVD-də rejissor Conah Markovitzin eləcə də Trevor Rayt və Bred Rounun müsahibələridə yer alıb.
Filmin musiqi albomu Shelter: Music from the Motion Picture başlıqlı adı ilə 2008-ci ildə satışa çıxarıldı.[2]