. Love.az

Sebine Agayeva Aparici - Wikipedia - Love.az

Ana Səhifə - Sebine Agayeva Aparici
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Ağayeva.

Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru.

Səbinə Ağayeva
Doğum tarixi 1985
Doğum yeri
  • Marneuli, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ
Həyat yoldaşı
  • Mir Şahin
Uşaqları Aysan Ağayeva,
Sevin Ağayeva
Milliyyəti azərbaycanlı
Fəaliyyəti REAL TV

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur.

2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.[1]2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib.

Fəaliyyəti

redaktə

"İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb. 2018 ci ilin Mart ayının 15 dən Azərbaycanda ilk ixtisaslaşmış xəbər kanalı REAL TV də ( REAL Təhlil İnformasiya Mərkəzində) Baş Redaktor kimi fəaliyyətə başlayıb.

Filmoqrafiya

redaktə
  1. ADıNA günü (film, 2010) (qısametrajlı sənədli film) (ANS) - müxbir
  2. İç Xəbər

İstinadlar

redaktə
  1. ↑ "Mirşahin evləndi". Azxeber.com. 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səbinə_Ağayeva_(aparıcı)&oldid=8080013"
LOVE.AZ