. Love.az

Sebire Eliyeva - Wikipedia - Love.az

Ana Səhifə - Sebire Eliyeva
Səbinə Əliyeva ilə səhv salmayın.

Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi.[1]

Səbirə Əliyeva
Şəxsi məlumatlar
Tam adı Səbirə Allahverdi qızı Əliyeva
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 25 sentyabr 1995 (29 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Boyu 170 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2009—2021
Məşqçisi Hicran Şərifov
Komandası Neftçi İdman Klubu
Medallar
Avropa Çempionatı
Bürünc 2018 Rusiya 76 Kq.

Karyerası

redaktə

Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu.[1] Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu.[1] Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu.[1] İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[1]

2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu.[1] Daha sonra Klippan Lady Open beynəlxalq turnirini 8-ci, gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Səbirə Əliyeva, avqustda Zaqreb şəhərində (Xorvatiya) gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu.[1] İlin sonunda isə o, Rusiyada Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[1]

2015-ci ilin əvvəlində Səbirə Əliyeva Fransasa Paris Qran-Prisində 8-ci, Polşada U23 Avropa Çempionatında 5-ci, Bolqarıstanda isə D. Kolov — N. Petrov beynəlxalq turnirində 5-ci oldu.[1] Daha sonra Səbirə Əliyeva iyunda İstanbul şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qızıl, avqustda Salvador şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu.[1] İlin sonunda da Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vurdu.[1]

2016–2017-ci illərdə isə Səbirə Əliyeva həm nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı, həm də ciddi nəticələrə imza atmadı.[1] 2016-cı ilin noyabrında Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə başa vuran Səbirə Əliyeva, 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[1]

2018-ci ildə Səbirə Əliyeva Rusiyada baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.[1] Həmin mövsümdə Səbirə Əliyeva həm də Y. Doğu və A. Medved beynəlxalq turnirlərinin də bürünc medallarına sahib oldu.[1] 2019-2021-ci illərdə isə Səbirə Əliyeva 8 beynəlxalq turniri medalsız başa vurdu.[1] 2019-cu ilin iyununda Belarusda Avropa Oyunlarını beşinci pillədə başa vuran Səbirə Əliyeva 2021-ci ildə Polşada Avropa Çempionatında da beşinici pillənin sahibi oldu.[1] Səbirə Əliyeva 2021-ci ildə 26 yaşında idmanla vidalaşdı.[1]

Nəticələri

redaktə
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2013
D. Kolov — N. Petrov beynəlxalq turniri   Bolqarıstan
5.
2
A. Medved beynəlxalq turniri   Belarus
3.
3
Avropa Çempionatı   Gürcüstan
7.
4
Gənclərin Avropa Çempionatı   KYRM
1.
5
Gənclərin Dünya Çempionatı   Bolqarıstan
3.
6
2014
Qızıl Qran-Pri   Fransa
1.
7
Klippan Lady Open   İsveç
8.
8
Gənclərin Avropa Çempionatı   Polşa
5.
9
Gənclərin Dünya Çempionatı   Xorvatiya
3.
10
Moscow Lights beynəlxalq turniri   Rusiya
2.
11
2015
Paris Qran-Prisi   Fransa
8.
12
U23 Avropa Çempionatı   Polşa
5.
13
D. Kolov — N. Petrov beynəlxalq turniri   Bolqarıstan
5.
14
Gənclərin Avropa Çempionatı   Türkiyə
1.
15
Gənclərin Dünya Çempionatı   Braziliya
2.
16
Qızıl Qran-Pri   Azərbaycan
5.
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
17
2016
Qızıl Qran-Pri   Azərbaycan
14.
18
2017
İslam Həmrəyliyi Oyunları   Azərbaycan
2.
19
2018
Avropa Çempionatı   Rusiya
3.
20
U23 Avropa Çempionatı   Türkiyə
5.
21
Yaşar Doğu beynəlxalq turniri   Türkiyə
3.
22
A. Medved beynəlxalq turniri   Belarus
3.
23
Dünya Çempionatı   Macarıstan
22.
24
U23 Dünya Çempionatı   Rumıniya
7.
25
2019
Fransa Qran-Prisi   Fransa
4.
26
Avropa Çempionatı   Rumıniya
8.
27
Avropa Oyunları   Belarus
5.
28
Dünya Çempionatı   Qazaxıstan
16.
29
2020
Yaşar Doğu beynəlxalq turniri   Türkiyə
5.
30
Avropa Çempionatı   İtaliya
10.
31
2021
Kiyev beynəlxalq turniri   Ukrayna
12.
32
Avropa Çempionatı   Polşa
5.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 International Wrestling Database. "SABIRA ALIYEVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səbirə_Əliyeva&oldid=8116717"
LOVE.AZ