. Love.az

Sekine Eliyeva Serabci - Wikipedia - Love.az

Ana Səhifə - Sekine Eliyeva Serabci

Səkinə Əli qızı Əliyeva (1910, İrəvan – 1950, Kirovabad) — Sovet Azərbaycanı şərabçısı və Sosialist Əməyi Qəhrəmanı, "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı laureatı (1949).[1]

Səkinə Əli qızı Əliyeva
Doğum tarixi 1910
Doğum yeri
  • İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1950
Vəfat yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
İxtisası Şərabçılıq
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Mənbə

Həyatı

redaktə

Səkinə Əliyeva 1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur.

1944–1950-ci ildə Kirovabad şəhərində yerləşən Nizami adına üzümçülük sovxozundə əvvəlcə fəhlə, daha sonra isə briqada rəhbəri kimi çalışmışdır. O, 1948-ci ildə 10.1 hektar suvarılan üzüm sahəsinin hər hektarından 168.7 sentner üzüm məhsulu almışdır. Bu o dövr üçün böyük məhsuldarlıq göstəricisi hesab edilirdi. 5 oktyabr 1948-ci ildə SSRİ Ali Sovetinin Rəyasəy Heyətinin qərarına əsasında 1948-ci ildəki göstəricilərinə görə Əliyev Səkinə Əli qızına Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Həmin ildə ona həmçinin "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı ilə də təltif edilmişdir.[1][2]

1944-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1950-ci ildə Azərbaycan SSR-ın Kirovabad (indiki Gəncə) şəhərində vəfat etmişdir.[1]

Həmçinin bax

redaktə
  • Ermənistan azərbaycanlıları

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Гулиев, 1980. səh. 180
  2. ↑ Ведомости Верховного Совета СССР. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда работникам совхозов Министерства пищевой промышленности СССР по Азербайджанской ССР» от 5 октября 1949 г. 18.10.1949. səh. 1.

Mənbə

redaktə
  • Дж. Б. Гулиев. — Баку: Кызыл Шярк, 1980. — Т. IV. Әлијева Сәкинә Әли гызы // Азербайджанская советская энциклопедия. IV. Bakı: Qızıl Şərq. 1980.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səkinə_Əliyeva_(şərabçı)&oldid=8085231"
LOVE.AZ