. Love.az

Sekkizinci Sulale Misir - Wikipedia - Love.az

Ana Səhifə - Sekkizinci Sulale Misir

VIII sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə.

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülalə • II sülalə
Qədim padşahlıq
III sülalə • IV sülalə
V sülalə • VI sülalə
Birinci aralıq dövr
VII sülalə • VIII sülalə
IX sülalə • X sülalə
XI sülalə
Orta padşahlıq
XI sülalə • XII sülalə
İkinci aralıq dövr
XIII sülalə • XIV sülalə
XV sülalə • XVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülalə • XX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülalə • XXIII sülalə
XXIV sülalə • XXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülalə • XXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər
  • bax
  • müzakirə
  • redaktə

Ümumi məlumat

redaktə

Manefonun yazılarında bu sülalə Qədim Padşahlığa aid edilsə də müasir dövrdə birinci aralıq zamanda hökm etdikləri qəbul edilir. Bu zaman artıq mərkəzi dövlət dağılmış və ayrı-ayrı müstəqil nomlar yaranmışdı. Onların VI sülalə ilə qohum olduqları göstərilir. Bəzən mövcud olduğu şübhə doğuran yeddinci sülalə ilə səkkizinci ilə birləşdirilir.

Misiroloqlar hesab edirlər ki, səkkizinci sülalə Misiri təxminən 20–45 il idarə edib. İllər intervalı bir neçədir:

  • e.ə. 2190–2165[1]
  • e.ə. 2181–2160[2]
  • e.ə. 2191–2145
  • e.ə. 2150– 2118[3]

Birinci aralıq dövrü nomlar arası savaşlarla, aclıqla xarakterikdir. Böyük dağıntılara görə bu illərdən indiki zamana çox az artefakt gəlib çatıb. Aparılan tədqiqatlar VIII sülalənin ancaq Memfis və onun ətrafında hakim olduqlarını göstərir. Bu illərdə Uaset (Tebes) və Naret-henetet (Herakleopol) nomları yaradıldı. VII sülalə Naret-henetet nomarxı və IX sülalənin banisi I Xeti tərəfindən süquta uğradılıb.

Fironlar

redaktə

Sülaləyə mənsub fironların dəqiq siyahısını mənbələrin olmaması səbəbindən müəyyən etmək çətindir:

Ad
Netcerkara
Menkara
II Neferkara
Neferkara Nebi
Dcedkara Şemay
Neferkara Xendu
Merenxor
Neferkamin
Nikara
Neferkara Tereru
Neferkahor
Neferkara Pepiseneb
Neferkamin Anu
Kakaura İbi
Neferkaura
Neferkauhor Xuiuxapi
Neferirkara

İstinadlar

redaktə
  1. ↑ Redford, Donald B., redaktorEgyptian King List // The Oxford Encyclopedia of Ancient Egypt, Volume 2. Oxford University Press. 2001. 626–628. ISBN 978-0-19-510234-5.
  2. ↑ Shaw, Ian, redaktorThe Oxford History of Ancient Egypt. Oxford University Press. 2000. səh. 480. ISBN 0-19-815034-2.
  3. ↑ Thomas Schneider in Erik Hornung, Rolf Krauss and David A. Warburton (editors): Ancient Egyptian Chronology, Handbook of Oriental Studies, Brill 2012, ISBN 978-90-04-11385-5, available online copyright-free, see p. 491
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səkkizincı_sülalə_(Misir)&oldid=7860028"
LOVE.AZ