Səmədabad — Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Səmədabad kəndi Əzizbəyov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səmədabad kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Səmədabad | |
---|---|
40°41′06″ şm. e. 46°38′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 178 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Keçmiş adı Bala Dəliməmmədli olmuşdur. Yaşayış məntəqəsini inqilabdan əvvəl Cənubi Azərbaycandan gəlib Tatoğlü adlı mülkədarın mülkündə işləyən rəncbərlər salmışdılar. 1922—ci ildə həmin rəncbərlərdən olan inqilabçı Səməd Əlizadə öldürüldükdən sonra kənd onun adı ilə adlandırıldı. Memorial toponimdir.[3] Yerli ləhcədə "Səmədavad" kimi deyilir.
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1006 nəfər əhali yaşayır.[4]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |