. Love.az

Senetulla Eynullayev - Wikipedia - Love.az

Ana Səhifə - Senetulla Eynullayev

Eynullayev (İbrahimov) Sənətulla İbrahim oğlu (1881, Simbirsk quberniyası[d] – bilinmir) — mətbuat xadimi, naşir, redaktor, publisist.[1]

Sənətulla Eynullayev
Sənətulla İbrahim oğlu Eynullayev
Doğum tarixi 1881
Doğum yeri
  • Simbirsk quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi bilinmir
Fəaliyyəti publisist

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
    • 2.1 İstinadlar
    • 2.2 Ədəbiyyat

Həyatı

redaktə

1881-ci ildə anadan olub.[2] Simbirsk quberniyasının Buin qəzasının Əski Yukal kəndində anadan olmuşdur. Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, XX əsrin 10-cu illərində Bakıya köçərək, "Məlumat" (1911), "Yeni irşad" (1911–12) qəzetlərinin redaksiyalarında işləmiş, "Səda" (1909–11), "Açıq söz" (1915–18) və s. qəzetlərdə məqalələr dərc etdirmişdir. Müstəqil jurnalistlik fəaliyyəti göstərmiş, 1912 il martın 6-da "İqbal" gündəlik qəzetinin nəşrinə başlamışdır.[2] Qəzetin 459 nömrəsi çıxandan sonra hərbi qulluğa çağırılmış, naşirlik və mühərrirlik hüququnu Seyid Hüseynə vermişdir. Ordudan tərxis olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə "İqbal", "Yeni iqbal" və "Açıq söz" qəzetlərində işləmiş və gündəlik redaktor vəzifəsini icra etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında işləmiş, qəzetin aparıcı müəlliflərindən biri olmuşdur. Əsasən publisistika sahəsində çalışmışdır. İmperialist ölkələrinin Balkan yarımadasında törətdikləri müharibələrin, Asiya və Afrika ölkələrini iqtisadi və siyasi asılılıqda saxlamaq cəhdinin, çarizmin köçürmə siyasətinin tənqidi, müsəlmanların iqtisadi və mədəni dirçəlişinin, ana dili, ədəbiyyat və maarifinin inkişafı uğrunda mübarizə Sənətulla Eynullayevin publisistik məqalələrinin əsas mövzuları idi. Rusiya müsəlmanlarının mədəni muxtariyyəti ideyasını ardıcıl surətdə təbliğ etmişdir.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ Cəlil Məmmədquluzadə ensiklopediyası (PDF). Şərq-Qərb. 2008. 130. ISBN 978-9952-448-26-9. 2024-06-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-27.
  2. ↑ 1 2 Dünyaminqızı, 2024. səh. 123

Ədəbiyyat

redaktə
  • Dünyaminqızı, Qərənfil. Füyuzatçılar (az.). Bakı: MİMTA Yayımları. 2024. səh. 188. ISBN 9789952849875.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sənətulla_Eynullayev&oldid=7956761"
LOVE.AZ