Sərdar Mənsur oğlu Rüstəmov (20 avqust 1980) — azərbaycanlı aktyor.
Sərdar Rüstəmov | |
---|---|
Sərdar Mənsur oğlu Rüstəmov | |
Doğum tarixi | 20 avqust 1980(1980-08-20) (44 yaş) |
Fəaliyyəti | aktyor |
Təhsili |
Sərdar Rüstəmov 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. 1999-cu ildə teatrın aktyor truppasına götürülüb, bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. S. Rüstəmov bir neçə bədii filmə çəkilib.