. Love.az

Serhedsiz Hekimler - Wikipedia - Love.az

Ana Səhifə - Serhedsiz Hekimler

Sərhədsiz həkimlər (fr. Médecins sans frontières) — silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində zərər görmüş şəxslərə tibbi yardım göstərilməsi məqsədi daşıyan beynəlxalq qeyri-hökumət təşkilatı.

Sərhədsiz Həkimlər
MSF, MSF, MSF[1]
Loqonun şəkli
Yaranma tarixi 21 dekabr 1971[2][3]
Mərkəzi
  • Cenevrə
Qurucusu
  • Bernar Kuşner
msf.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təşkilat 20 dekabr 1971-ci ildə Parisdə Nigeriyada 1967–1970-ci illərdə baş verən vətəndaş müharibəsi qurbanlarına yardım məqsədilə yaradılıb.

Təşkilat hər il 3000-dən çox könüllünü dünyanın 80-dən artıq ölkəsinə, o cümlədən, silahlı münaqişələr zonalarına da göndərir. Könüllülər bir çox qaynar nöqtələrdə işləyirlər. Eyni zamanda, "Sərhədsiz həkimlər" narkomaniya və AİDS-lə mübarizəylə bağlı maarifləndirici və profilaktik işlər də görürlər.

Həkimlərin maliyyələşdirilməsi şəxsi ianələrin hesabına həyata keçirilir. Maliyyə vəsaitlərinin təxminən 80 %-ni təşkilat iki milyon fərdi donordan əldə edir.

Beynəlxalq mükafatlar

redaktə
  • Nansen mükafatı (1993)
  • Nobel sülh mükafatı (1999)

Xarici keçidlər

redaktə
  • Rəsmi sayt  (англ.)

İstinadlar

redaktə
  1. ↑ 1 2 https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&profileCode=1074.
  2. ↑ Museum of Modern Art online collection (ing.).
  3. ↑ Encyclopedia of Human Rights. 2009. doi:10.1093/ACREF/9780195334029.001.0001
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sərhədsiz_Həkimlər&oldid=7672192"
LOVE.AZ