. Love.az

Serxan Serxan Mugenni - Wikipedia - Love.az

Ana Səhifə - Serxan Serxan Mugenni
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Sərxan Sərxan.

Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018).

Sərxan Sərxan
Ümumi məlumatlar
Doğum adı Sərxan Rəşid oğlu Qurbanbəyov
Doğum tarixi 18 iyun 1952 (72 yaş)
Doğum yeri Bakı, Bakı vilayəti, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr estrada[d]
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20182018 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1987

Mündəricat

  • 1 Bioqrafiya
  • 2 Diskoqrafiya
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Bioqrafiya

redaktə

Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib.

30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb.[1]

Diskoqrafiya

redaktə
  • Танго (azərb. Tanqo‎) — 3:43
  • Осень (azərb. Payız‎) — 4:06
  • Прости (azərb. Bağışla‎) — 3:38
  • Море (azərb. Dəniz‎) — 3:32
  • Байрам (azərb. Bayram‎) — 3:41
  • История (azərb. Tarix‎) — 3:53
  • О Любви (azərb. Eşq haqqında‎) — 3:21[2]

Filmoqrafiya

redaktə
  • Musiqi mağazası (1981)
  • Musiqi müəllimi (film, 1983)
  • Ürəkdən ürəyə yol
  • Oxuyur Sərxan Sərxan
  • Təqib (2012)

İstinadlar

redaktə
  1. ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  2. ↑ Q., Fərhad. "Дискография". sarhan-sarhan.ru. 2009. 30 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sərxan_Sərxan_(müğənni)&oldid=7825074"
LOVE.AZ