. Love.az

Sabini Sami - Wikipedia - Love.az

Ana Səhifə - Sabini Sami

Sabini şamı (lat. Pinus sabiniana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır.

Sabini şamı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Sabini şamı
Beynəlxalq elmi adı
  • Pinus sabiniana D.Don, 1832[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183377
NCBI  268869
EOL  1033632

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Heterotipik sinonimləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Arealı

redaktə

Vətəni Şimali Amerikadır.

Botaniki xarakteristikası

redaktə

Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir. Qozaları iridir, uzunluğu 15-20 və eni 10-15 sm-dir. Toxumların saplaqları əyilmiş formadadır, qırmızı-qonur rəngdədir, uzunluğu 3-4 sm, qanadın uzunluğu 1 sm-dir. Cavan zoğları tez böyüyür, kölgəyə soyuğa və quraqlığa davamlı istisevən ağac cinsidir. Çimləşmiş gillicəli torpaqlarda yaxşı bitir. Dekorativ ağacdır. Qruplarda və ya açıq sahələrdə tək əkinlərdə istifadə edilir.

Azərbaycanda yayılması

redaktə

Azərbaycanda Abşeronda, Lənkəranda, Gəncədə, Astarada becərilir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Pinus sabiniana var. explicata Jeps.
  • Pinus sabiniana f. microcarpa Gaussen

İstinadlar

redaktə
  1. ↑ Australian Plant Name Index (ing.).

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sabini_şamı&oldid=8117807"
LOVE.AZ