Sabir Ağabəyov (tam adı: Sabir Məmməd oğlu Ağabəyov) — Azərbaycan diplomatı.
Sabir Ağabəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XX əsr |
Fəaliyyəti | diplomat |
Sabir Ağabəyov Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2007-ci il tarixli Sərəncamı ilə iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında,[2] 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə Mavritaniya İslam Respublikasında,[3] 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Seneqal Respublikasında,[4] 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Mali Respublikasında,[5] 10 iyul 2008-ci il tarixli Sərəncamı ilə Qambiya Respublikasında,[6] 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Portuqaliya Respublikasında[7] Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Həmin vəzifələrdə qalmaqla Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2011-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) daimi nümayəndəsi təyin edilmiş[8] və 25 sentyabr 2012-ci il tarixində bu vəzifəsindən geri çağırılmışdır.[9]
Sabir Ağabəyov Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrindən Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Sərəncamı ilə geri çağırılmış[10] və eyni gün imzalanmış digər Sərəncamla Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[11]