Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Sabir Mirzəyev (tam adı: Mirzəyev Sabir Sultan oğlu; 23 sentyabr 1948, Masallı, Azərbaycan SSR, SSRİ) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1994).
Sabir Mirzəyev | |
---|---|
Sabir Sultan oğlu Mirzəyev | |
| |
Doğum tarixi | (76 yaş) |
Doğum yeri | Ərkivan, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Cəlal Mirzəyev |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmlər doktoru (1975) |
Elmi adı | professor (1994) |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Mükafatları |
Sabir Mirzəyev 1948-ci il sentyabrın 23-də Azərbaycanın Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1956–1966-cı illərdə Masallı rayonunun Bədirli kənd orta məktəbində oxuyub. 1966–1971-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin təhsil alıb. 1978-ci ildən BDU-da çalışır. 74 elmi məqalənin, 10 dərslik və 11 dərs vəsaitin müəllifidir. 18 elmlər namizədi və 6 elmlər doktoru yetişdirmişdir.
Ailəlidir, üç övladı var.
2015-ci ildən Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışır, BDU
1994 — h/h , professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1978–1993, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
Həmçinin 1974-h/h kimi AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin baş elmi işçisidir.
İnstitutun nəzdindəki Dissertasiya şurasının Elmi Tematik seminarının sədridir. Onun rəhbərliyi ilə bir çox riyaziyyat üzrə fəlsəfə doktorları və elmlər doktorları öz dissertasiyalarını müdafiə etmişdirlər.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar müəllim" fəxri adı ilə təltif edilmişdir.
2009-cu ildə Kiyev şəhərində keçirilən akademik M. M. Boqolyubovun 100 illiyinə həsr edilmiş Ukrayna riyaziyyatçıları konqresində riyaziyyat sahəsində əldə etdiyi yüksək elmi nəticələrə görə Boqolyubov adına medalla təltif olunmuşdur.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3-cü dərəcəli "Əmək Ordeni" ilə təltif edilmişdir.
Operator-diferensial tənliklərin həll olunma məsələləri; aralıq törəmə operatorlarının normalarının qiymətləndirilməsi; öz-özünə qoşma olmayan operator dəstələrinin məxsusi və qoşma elementlərinin tamlığı; elliptik xüsusi törəməli diferensial tənliklər; mexanikanın bəzi məsələləri.
1978, S. Banax adına riyaziyyat məktəbin iştirakçısı 1993, Türkiyə-Azərbaycan riyaziyyatçılarının Beynəlxalq konfransı 1980–1995, Moskva Energetika İnstitutunda diferensial tənliklər seminarının iştirakçısı 1980–1995, Kievdə Riyaziyyat İnstitutun seminarlarında Petrovski adına seminarlarda Moskvada B. M. Levitanın 100 illiyinə konfransı 2011, Москва, 100-летнему юбилею академика И.Г.Петровского 2014, Sadonisin 70 illik konfransı 2015, the 5th international confrance on control and optimization with industrial 2015, Azerb.-Turkey-Ukr International conference
"History of Science" beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın "Fizika-riyaziyyat və texnika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.