. Love.az

Sabirkend Ordubad - Wikipedia - Love.az

Ana Səhifə - Sabirkend Ordubad
Bu adın digər istifadə formaları üçün bax: Sabirkənd.

Sabirkənd (əvvəlki adı: Sabir) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Sabir kəndi Sabirkənd adlandırılmışdır.[2]

Sabirkənd
38°56′ şm. e. 45°50′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 760 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Sabirkənd xəritədə
Sabirkənd
Sabirkənd

Mündəricat

  • 1 Tarixi
  • 2 Mədəniyyəti
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Həmçinin bax
  • 7 İstinadlar

Tarixi

redaktə

29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Mədəniyyəti

redaktə

Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var[4].

Coğrafiyası və iqlimi

redaktə

Rayon mərkəzindən 23 km şimal-şərqdə, Ordubad-Naxçıvan avtomobil yolunun sağ kənarında, Arazın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.

Əhalisi

redaktə

Əhalisi 1128 nəfərdir.[5]

İqtisadiyyatı

redaktə

Əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur.

Həmçinin bax

redaktə
  • Ordubad rayonu

İstinadlar

redaktə
  1. ↑  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ nömrəli Qərarı". e-qanun.az (azərb.). e-qanun.az. 29 mart 2005. 24 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
  4. ↑ "Sabirkənd kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
  5. ↑  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sabirkənd_(Ordubad)&oldid=8143329"
LOVE.AZ