. Love.az

Saklikent Kanyonu - Wikipedia - Love.az

Ana Səhifə - Saklikent Kanyonu

Saklıkent kanyonu— Antalya-Muğla sərhəddində yerləşən Eşen çayının qolu olan Karaçayın meydana gətirdiyi kanyon. Kanyon Fəthiyə şəhərinin 45 km-də yerləşir.[1] Dördüncü dövrdə, 200 min il əvvəl formalaşmış bu kanyon Tavr dağlarına aid olan Beydağları silsiləsində yerləşir.[2]

Saklıkent kanyonu və onun üzərində qurulan yol.

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Şəkillər
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Ümumi məlumat

redaktə

Saklıkent kanyonu 15 il əvvəl kəşf edilmişdir.[2] Kanyonun uzunluğu 18 km, hündürlüyü 200 m, ən dar yerinin eni 2 metrdir. Kanyonun dar olması və ilin çox zamanı çayın bol sulu olması nəticəsində dərə boyu hərəkət etmək mümkünsüzdür. O üzdən kanyonun dik divarlarında 200 metrlik körpü-yol inşa edilmişdir. Kamyonun ilk 2 km-lik hissəsi asan keçilən, 7 km-lik hissəsi orta çətinlikdə olsa da, sona qədər kanyonu keçmək üçün xüsusi hazırlığa və peşəkarlığa ehtiyac var.[3] Yay mövsümündə bu ərazini 180-200 min arası türist ziyarət edir. Kanyonun yerləşdiyi bölgədə 1996-cı ildən Saklıkent Milli Parkı yaradılmışdır. Sahəsi 1643 hektar olan bu parkın əsas özəlliyi məhz Saklkent kanyonudur.

Şəkillər

redaktə
  •  
  •  
  •  
  •  

Həmçinin bax

redaktə
  • Muğla
  • Likiya yolu

İstinadlar

redaktə
  1. ↑ MACERA SEVEN TURİSTLERİN TERCİHİ SAKLIKENT KANYONU
  2. ↑ 1 2 "Saklıkent Kanyonu (Fethiye - Muğla)". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.
  3. ↑ "KAS - FETHIYE SAKLIKENT KANYONU - SAKLIKENT DOGA PARKI". 2016-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.

Xarici keçidlər

redaktə
  • Saklıkent kanyonu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Saklıkent_kanyonu&oldid=7636518"
LOVE.AZ