Salavat Yulayev muzeyi — Başqırdıstan respublikasının, Salavatsk rayonunda, Maloyaz kəndində yerləşən və başqırd xalq qəhrəmanı olan Salavat Yulayevə həsr edilmiş muzey. Salavat Yulayev muzeyi 15 iyun 1991-ci ildə açılıb.[1] Muzeydə Salavat Yulayevin həyatından bəhs edən 6 ekspozisiya zalı mövcuddur.
Salavat Yulayev muzeyi | |
---|---|
başq. Салауат Юлаев музейы | |
![]() | |
![]() | |
Əsası qoyulub | 1991 |
Ölkə | |
Yerləşir | Maloyaz[d] |
55°10′43″ şm. e. 58°09′30″ ş. u.HGYO | |
![]() |
Salavat Yulayev muzeyi 15 iyun 1991-ci ildə açılıb. Muzeyin əsasını, Tərxan Zaqidullin və Abuzər Seyfullin qoyub.
Muzeyin kompozisiyasının əsasını başqırd yurtasının dizaynı təşkil edir. Muzeyin binası yarımçevrəli damın altında 5 pilləli hissələrdən ibarətdir. Divarlar xaricdən ağ plitələr ilə üzlənib. Salavat Yulayev haqqında olan tarixi bioqrafik muzeyin 6 ekspozisiya zalı var. Layihənin müəllifi A.Klementdir. Muzeyin ekspozisiyası şair Salavat Yulayevin taleyinə həsr edilib. Muzeydə başqırd yurtasına aid əşyalar, paltarlar, əmək alətləri, və Salavat Yulayevə miras qalmış yəhər və qılınc sərgilənir. Bundan başqa muzeydə, başqırdların Puqaçova qoşulma səbəbləri, eləcə də 1773-1775-ci illərdə baş tutmuş Kəndli müharibələrinin mərhələlərini özündə göstərən materiallar da sərgilənir.[2]
Eksponatlar arasında işgəncə alətləri və istintaq materiallarının surəti də saxlanılır. Muzeydə Yulayevin ömrünün son illərini Rogervikdə keçirməsi haqqında, onun əl işləri haqqında da eksponatlar var. Bundan başqa muzeyin Alkino kəndində də filialı var. Bu filialda isə 200 eksponat mövcuddur.
Tarixi bioqrafik muzey olan Salavat Yulayev muzeyində başqırdların milli qəhrəmanı olan Salavat Yulayev haqqında 6 ekspozisiya zalı fəaliyyət göstərir. Muzeydə başqırd rəssamların Salavat Yulayevin adı ilə bağlı olan təbiət rəsmləri eləcə də Salavat Yulayevin öz çəkilmiş obrazları və həyatından epizodlar da var. Burada əsas diqqəti binanı əhatələyən və simvolik adlarla "Mübarizə", "Çağırış", "Azadlıq", "Vidalaşmaq", "Mahnı", "Yaddaş" adlanan bürünc fiqurlar çəkir. Ekspozisiyanın mərkəzində Puqaçovla Yulayevin dəstələrinə qarşı 1774-cü ildə Kigi kəndi yaxınlığında, Ay çayının sahilində İ.Mixelsonun korpusuna qarşı baş vermiş döyüş diorama şəklində təsvir edilib.[3]