. Love.az

Salmanbeyli - Wikipedia - Love.az

Ana Səhifə - Salmanbeyli

Salmanbəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Salmanbəyli kəndi Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salmanbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Salmanbəyli
39°58′50″ şm. e. 47°22′40″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1928
Sahəsi
  • 12,7 km²
Mərkəzin hündürlüyü 55 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.318 nəf. (2009)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0427
Xəritəni göstər/gizlə
Salmanbəyli xəritədə
Salmanbəyli
Salmanbəyli

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
    • 4.1 Tanınmış şəxsləri
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyəti
  • 7 Təhsil
  • 8 Din
  • 9 Səhiyyə
  • 10 İstinadlar
  • 11 Xarici keçidlər
  • 12 Həmçinin bax

Toponimikası

redaktə

Kəndin keçmiş adı Kəbirli (digər mənbələrdə Barak[3]) olmuşdur. Burada yaşayan əhali sırf Kəbirli tayfasına mənsubdur. Kəndin adını daşıyan Salman bəy Əlibəyov isə Müsəlman Sosial-Demokrat Hümmət təşkilatının Şuşa qəzasının fəal üzvlərndən biri olmuş, 1927-ci ildə Sovet hakimiyyətinin düşmənləri tərəfindən öldürülmüşdür.

Tarixi

redaktə

Kənd 1928-ci ildən başlayaraq yaranmışdır.

Tarixi abidələri

redaktə
  1. Böyük Vətən Müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidə kompleksi
  2. 416-cı milli atıcı diviziyanın Taqanroq uğrunda həlak olan əsgəri Ənnağı Bünyadovun büstü
  3. Qarabağ müharibəsi şəhidi Əlfi Məmmədovun büstü
  4. Qalatəpə arxeoloji mədəniyyəti
  5. Üçtəpə kurqanları
  6. Xantəpə kurqanları
  7. Govurarx kanalı

Coğrafiyası və iqlimi

redaktə

Salmanbəyli kəndinin ərazisi 12.7 km², kəndin dəniz səviyyəsindən hündürlüyü 31 metrdir.

Əhalisi

redaktə

Əhalisinin sayı 2425 nəfərdir (2013-cü il). Həmçinin kənddə 106 nəfər (26 ailə) məcburi köçkün məskunlaşmışdır.

Tanınmış şəxsləri

redaktə
  • Əlvan Əliyev — tarixçi alim, jurnalist, politoloq
  • Əhməd Elbrus — filologiya üzrə fəlsəfə doktoru, şair, naşir
  • Ənvər Əhməd — filologiya üzrə fəlsəfə doktoru, şair, dramaturq
  • Əbülfət Misiroğlu — yazıçı, publisist, jurnalist

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.[4] Kənddə 861 hektar pay torpağı, 1016 hektar dövlət torpaq fondundan götürülmüş icarə torpaqları, 48 hektar bələdiyyə torpağı vardır. 1 yanvar 2013-cü ildə kənddə 2253 baş iribuynuzlu və 8078 baş xırdabuynuzlu heyvan, həmçinin ev quşları 8453 ədəd, 60 ədəd arı ailəsi olmuşdur.[5] Kənddə 1 Sudan İstifadəedənlər Birliyi, 5 ticarət obyekti vardır.

Mədəniyyəti

redaktə

Kənddə 1 mədəniyyət evi, 1 kənd kitabxanası, 1 poçt şöbəsi, 1 elektron ATS mövcuddur.

Təhsil

redaktə

Kənddə 1 tam orta məktəb və 1 uşaq baxçası fəaliyyət göstərir.

Din

redaktə

Kənddə "Heydər" məscidi dini icması fəaliyyət göstərir[6].

Səhiyyə

redaktə

Kənddə 1 həkim məntəqəsi, 1 aptek, 1 baytarlıq apteki mövcuddur.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. ↑ "Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA". 2020-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
  4. ↑ "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  5. ↑ Süleyman Kəbirli. Tarixi mahal-kəbirli eli. Bakı: 2013, səh.99
  6. ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

redaktə
  • http://agcabedi-ih.gov.az/page/11.html

Həmçinin bax

redaktə
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Salmanbəyli&oldid=8143678"
LOVE.AZ