. Love.az

Samire Patzer Ismayilova - Wikipedia - Love.az

Ana Səhifə - Samire Patzer Ismayilova

Samirə Patzer İsmayılova — Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti,

Samirə Patzer İsmayılova
Doğum tarixi 26 fevral 1963 (62 yaş)
Doğum yeri Bakı
Fəaliyyəti musiqiçi
Mükafatları "Tərəqqi" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Samirə Patzer-İsmailova 1963-cu il fevralın 26-da Bakı şəhərində dünyaya gəlib[1]. O, 1970-ci ildə Bakı şəhərində Bulbul adına orta ixtisas musiqi məktəbinə qəbul olub Samirə Patzer-İsmailova 1981-ci ildə həmin məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1986-1990-cı illərdə Bakı Mədəniyyət Texnikumunda fortepiano ixtisası üzrə muəllim işləyib. 1989-1991-ci illərdə Samirə Patzer-İsmailova Muslum Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında musiqi redaktoru kimi çalışıb, Azərbaycan Dovlət Televiziyasında klassik musiqi proqramlarının müəllifi və aparıcısı olub. O, 1990-1995-ci illərdə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasında muəllim vəzifəsində işləyib və mədəni- ictimai fəaliyyət gostərib. S.İsmailova 1995-ci ildə Almaniyanın Koln Universitetində musiqişunaslıq kursu keçib. 1998-2007-ci illərdə Koln şəhərində Koln Musiqi məktəbində fortepiano və musiqi üzrə müəllim işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa görə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu seçilib[1].

2008-ci ildən etibarən Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktorudur. O, 2009-cu ildə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib..2009- cu ildən bu gunə qədər isə Samirə Patzer-İsmailova “Xocalıya Ədalət” kampaniyasının Almaniya üzrə koordinatorudur. 2011-ci ildə o, Almaniyadakı Turk-Azərbaycan Birliyinin sədr müavini seçilib[1].

2012-ci ildə isə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti, daha sonra 29 aprel 2012-ci ildə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Avropa Azərbaycanlıları Konqresinin IV qurultayında Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova AAK-ın Prezidenti seçilib[2][3].

Hazırda Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəridir.

Mükafatları

redaktə

2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Samirə Patzer-İsmailova "Tərəqqi" medalı ilə təltif olunub[1].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Diaspor hərəkatında aktiv olan qadınlar" (az.). olaylar.az. 12.03.2014 16:33. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  2. ↑ Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı başa çatıb — gun.az saytı Arxivləşdirilib 2012-05-10 at the Wayback Machine (az.)
  3. ↑ Избран новый президент Конгресса азербайджанцев Европы — news.day.az saytı Arxivləşdirilib 2020-09-25 at the Wayback Machine (rus.)

Həmçinin bax

redaktə
  • Avropa Azərbaycanlıları Konqresi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Samirə_Patzer_İsmayılova&oldid=8006740"
LOVE.AZ