Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Samir Eldar oğlu Əsgərxanov (az.Samir Eldar oğlu Əsgərxanov; 25 fevral 1963, Bakı – 9 fevral 1998, Bakı) — Azərbaycan publisisti, jurnalist.
SAMİR ƏSGƏRXANOV | |
---|---|
Samir Eldar oğlu Əsgərxanov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Təhsili | Azərbaycan Dillər Universiteti |
Fəaliyyəti | jurnalist, publisist |
Samir 25 fevral 1963-cü ildə Bakıda dünyaya gəlmişdi. Əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Qarabağın qədim və nəcib zadəgan ailəsindəndir.
1979-cu ildə Bakı şəhərin 160 nömrəli orta məktəbini bitirdikdən sonra, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) qəbul olunur və İngilis dili ilə birlikdə fransız dilini də öyrənir. 1984-ci ildə bakalavr dərəcəsi qazanıb.
Ali təhsilini aldıqdan sonra Ukraynanın Odessa vilayətinə hərbi xidmətə çağırıldı. Bir müddət sonra, xidmət etdiyi hərbi hissəni Əfqanıstana göndərirlər. Orada ayağından yaralanmışdı.
Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində "Xəzər" redaksiyasının baş redaktoru vəzifəsində işləyirdi. Aktual mövzuda publisistik yazıları ilə tanınırdı. 1994-dən etibarən "Qanlı iz", "650 km uzununda yol", "Satqın generallar" kimi beynəlxalq terror və erməni işğalı haqda çox sayda sənədli film hazırladı.
Milli Təhlükəsizlik Nazirliyi onun şərəfinə "Samir Əsgərxanov" mükafatı təsis edib.[1][2] Münsiflər heyətinin sədr müavini Məmməd Cəfərlinin sözlərinə görə, Samir Əsgərxanov adına müsabiqə artıq bir neçə ildir ki, keçirilir və məhz bu il müsabiqəyə çoxlu maraqlı kitablar, monoqrafiyalar, elmi-tədqiqat məqalələri və işləri, heykəltəraşlıq nümunələri, şəkillər, sənədli filmlər və s. təqdim olunub. "Bütün bunlar erməni yalanına qarşı ideoloji mübarizədə mühüm əhəmiyyət kəsb edir".[3]
Milli Təhlükəsizlik Nazirliyi onun şərəfinə "Samir Əsgərxanov" mükafatı təsis edib.[1][2]