Saqdat Kabiroviç Sadıkov (qaz. Сағдат Қабірұлы Садықов; 29 iyul 1973, Ust-Kamenoqorsk) — Yüngül çəki dərəcəsində Qazaxıstanı təmsil edən cüdoçu. 1990-cı illərin sonlarında Qazaxıstanın yığmasında iştirak edirdi. 2000-ci illərin ortalarına qədər bir neçə yarışda Qırğızıstanı təmsil etdi. İki Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Çempionatının gümüş medalının sahibi, Osakada keçirilən Şərqi Asiya Oyunlarının və Düşənbədə keçirilən Mərkəzi Asiya Oyunlarının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çox yarışlarının qalibidir.
Saqdat Sadıkov | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Saqdat Sadıkov | |||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
|||||||||||||||||||
Doğum tarixi | (51 yaş) | |||||||||||||||||||
Doğum yeri | Ust-Kamenoqorsk, Qazaxıstan | |||||||||||||||||||
Boyu | 175 sm | |||||||||||||||||||
İdman növü | Cüdo | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
15 noyabr 2016 tarixində yenilənib. |
Saqdat Sadıkov 29 iyul 1973-cü ildə Qazaxıstan SSR-in Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində anadan olmuşdur. Yüngül çəki dərəcəsində Kanadada keçirilən tələbələrin dünya çempionatında bürünc medalı qazanmışdır. İlk dəfə turnirlərdə 1996-cı il mövsümündə iştirak etmişdir. Bir il sonra Parisdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etmişdir. Növbəti ildə də Moskvada keçirilən Sülh Kuboku turnirində iştirak etmişdir. 1/16 final mərhələsində Rusiyanı təmsil edən Aslan Anayevə məğlub olmuşdur.
Uğurlu çıxışların sayəsində 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında çıxış etmək hüququna layiq görülmüşdür. Həm də burada Sadıkov Qırğızıstan yığmasını təmsil etmişdir. Birinci görüşdə Cənubi Koreyanı təmsil edən Çxve Yon Sinə məğlub oldu. Üçüncü yer üçün təsəlliverici görüşlərdə əvvəlki Olimpiya Oyunlarının bürünc mükafatçısı amerikalı Cimmi Pedroya qalib gəlmişdi.[1][2]
Sidney Olimpiadasından sonra Sadıkov Qazaxıstan komandasının cüdo yığmasının tərkibinə qayıtdı və ən böyük beynəlxalq yarışlarda iştirak etməyə davam etdi. Belə ki, böyük beynəlxalq turnirlərdə birinci ciddi uğurunu o, 2001-ci ildə nail oldu. Yaponiyanın Osaka şəhərində keçirilən Şərqi Asiya Oyunlarında iştirak etdi. Yüngül çəki dərəcəsində ölkəsinə bürünc medal gətirdi. Bundan başqa tələbə olarkən Pekin Yay Tələbə Oyunlarında çıxış etmişdir. Öz çəki dərəcəsində beşinci yeri tutmuşdur.
2002-ci ildə Praqa Sülh Kuboku turnirində beşinci yeri tutdu. Almatıda keçirilən Səncər Candosov turnirində və Nazranda Məhəmməd Parçiyevin xatirə yarışında çempion oldu. Koreyanın Busan şəhərində keçirilən Asiya Oyunlarında yeddinci yeri tutdu. Növbəti mövsümdə yüngül çəki dərəcəsində Qazaxıstan çempionu oldu və Düşənbədə keçirilən Mərkəzi Asiya oyunlarında bürünc medal qazandı. Bir il sonra Almatının ev sahibliyi etdiyi Asiyanın Çempionatında gümüş medal qazandı. Koreyalı Kim Ce Xundan başqa yarış cədvəlində bütün rəqiblərini məğlub etdi.[3][4]
Qazaxıstan milli yığmasının liderlərindən biri olaraq, 2004-cü ildə Afinada təşkil olunan Olimpiya Oyunlarında iştirak etdi. İlk mərhələdə yenidən amerikalı Cimmi Pedroyla görüşdü və ona yenidən məğlub oldu. Nəticədə Pedro Olimpiya oyunlarının bürünc mükafatçısı oldu. Yığmada yerini gənc Qazax cüdoçularına verən Sadıkov yarışdan sonra peşəkar idmançı karyerasını başa vurdu.[5][6]