. Love.az

Saricali Cemenli Agdam - Wikipedia - Love.az

Ana Səhifə - Saricali Cemenli Agdam
Bu adın digər istifadə formaları üçün bax: Sarıcalı.
Bu adın digər istifadə formaları üçün bax: Sarıcalı (Ağdam).

Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd.[2]

Sarıcalı
40°05′25″ şm. e. 47°02′41″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Ağdam rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.848 nəf. (1999)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0248[1]
Xəritəni göstər/gizlə
Sarıcalı xəritədə
Sarıcalı
Sarıcalı
Sarıcalı xəritədə
Sarıcalı
Sarıcalı

Kəndə bəzən Çəmənli Sarcalısı, yaxud Əmiraslanbəyli Sarcalısı da deyilir.

Ağdam rayonu ərzisində Sarıcalı inzibati ərazi dairəsində də eyni adlı Sarıcalı kəndi var ki, ona el arasında "Ağdamkənd Sarıcalısı" deyiblər.

Ağdamın Çəmənli kənd inzibati ərazi dairəsində yerləşən Sarcalı kəndi "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[3] Ağdam rayonunun Çəmənli bələdiyyəsinin ərazisinə aid edilib[4].

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Tanınmış şəxsləri
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Toponimikası

redaktə

Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. (Mənbə: Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14)

Tarixi

redaktə

Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu.

1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi.

XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarjalısı, Çəmənli Sarcalisi (yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır.

Kənddə Sarcalı elinin məşədi Nəcəfli Qarılar, Dovşanlı, Hacı söyütlü və Hacı Nazimli nəsilləri məskunlaşmış sonra sonuncu iki nəsil Ağdam şəhərinə köçmüşdü.[5]

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[6] ilə Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Ağdam rayonunun Sarıcalı bələdiyyəsi təşkil edilib və onun ilk nizanaməsi qəbul edilib.

Bu Bələdiyyə 2004-cü ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Sarıcalı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olub.

"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[9] 7.2-ci bəndinə əsasən, "Çəmənli və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərində Çəmənli bələdiyyəsi" yaradılmışdır[4]. Bununla da Sarıcalı bələdiyyəsinin fəaliyyətinə xitam verilmişdir.

Tanınmış şəxsləri

redaktə
  • Anar Yusifov — İkinci Qarabağ müharibəsi şəhidi.

İstinadlar

redaktə
  1. ↑ https://m.gomap.az/Info/azerpost/Index.aspx.
  2. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-03-18.
  4. ↑ 1 2 Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-21.
  5. ↑ B.Budaqov,Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005
  6. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  7. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  8. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  9. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-21.

Xarici keçidlər

redaktə
  • Youtube-da bax :Bir kəndin nağılı. Sarıcalı (film)
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sarıcalı_(Çəmənli,_Ağdam)&oldid=8143012"
LOVE.AZ